2019-UN SOSİAL MONİTORİNQİ İLİN SOSİAL MƏMURU , İLİN SAXTA MÜHARİBƏ VETERANI “ETİRAFI “

16-12-2019, 17:43           
2019-UN SOSİAL MONİTORİNQİ  İLİN SOSİAL MƏMURU , İLİN SAXTA MÜHARİBƏ VETERANI “ETİRAFI “
Yeni 2020-ci ilin 15 günlük ayrıcındayıq . Artıq yola saldığımız köhnə ili necə yola verdiyimizdən söz açmaq olar . Bu yolasalmanı , ya yolaverməni ilin sosial monitorinqi də adlandırmaq olar .

2019-cu ili bütövlükdə sosial qalxınma ili kimi dəyərləndirmək olar . Özəlliklə , əlillərin , müharibə veteranlarının müavinətlərinin , təqaüdlərinin , pensiyalarının əhəmiyyətli dərəcədə artırılması aztəminatlı kateqoriyadan olan insanların yaşam şəraitini xeyli yaxşılaşdırıb . Təkcə onu demək yetər ki , ortalıq 60 manat civarında aylıq müavinətə göz dikən 1-ci dərəcəli sosial müavinətçi əlillərin müavinətləri aprel ayından 150 manata qaldırıldı və üstəlik əlilin özünə 100 manatlıq , ona qulluq edənə 50 manatlıq Prezident təqaüdünün verilməsi təmin olundu ! Bu hesabla 1-ci dərəcəli sosial müavinətçi əlil və sağlamlıq imkanları məhdud uşaq toplam 300 manat dövlət qayğısı ilə əhatə olunub . Bu isə əvvəlki təminatdan 5 dəfə artıqdır . Onu da vurğulayaq ki , buna qədər 1-ci dərəcəli əlillə qulluğa görə əlilin pensiyasına əlavə olunan 11 manatlıq müavinət , ümumiyyətlə , əlavə olunmurdu və hazırda 9 aydır ortalıq 5 dəfə artırılaraq 50 manatlıq Prezident təqaüdü kimi əlillə qulluq edənə ödənilir . Eləcə də Qarabağ savaşı veteranlarına əmək pensiyaçısı olan andan dayandırılan kommunal xidmətlərə görə aylıq sosial müavinət 80 manatlıq aylıq Prezident təqaüdü ilə əvəz olunub . İLİN ƏN YADDA QALAN SOSİAL OLAYI ƏLİLLƏRİN , VETERANLARIN PUL TƏMİNATININ ORTALIQ 5 DƏFƏ ARTIRILMASI OLDU ! Onu da vurğulayaq ki , Prezidentin 26 dekabr 2001 tarixli 613 saylı “Kommunal , nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında “ Fərmanının 1-ci bəndi ilə Qarabağ əlillərinin pensiyalarına əlavə olunan 26 manatlıq aylıq əlavə yenə də yada düşmədi və dəyişməz olaraq qalır ! Bu səbəbdən İLİN DƏYİŞMƏZ VƏ UNUDULAN SOSİAL OLAYI QARABAĞ ƏLİLLƏRİNİN 26 MANATLIQ AYLIQ MÜAVİNƏTİNİN ÜMUMİYYƏTLƏ ÖDƏNİLMƏMƏSİDİR !

İlin sosial monitorinqi İLİN SOSİAL DÖVLƏT QURUMU adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini (ƏƏSMN) layiq görüb . Müharibə əlillərinin , şəhid ailələrinin mənzil-məişət problemlərinin çözülməsində göstərdiyi çabalar , bu sahədəki şəffaflıq önəmli rol oynayıb . İlin sonuna kimi , demək olar , hər gün əlil və şəhid ailələrinə dövlət fərdi ev , yaxud mənzillər bağışlayır . Belə getsə , “ ev planı “ üzümüzə gələn ildə tam “dolacaq” . İlin SOSİAL MƏMURU adına ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri HİMALAY MƏMİŞOV qazanıb . Elektron müraciətlərə anında reaksiya verib , özü çağırıb sosial müdafiəyə ehtiyacı olanları dinləməsi və problemin çözülməsini şəxsi nəzarətinə götürməsi , sosial müdafiə sahəsində neqativ hallara son qoyması , onun ödülləndirilməsinə nədən olub . Onu da vurğulayaq ki , ilin ANTİSOSİAL MƏMURU adını da ƏƏSMN – DSMF sistemində çalışanlardan bir neçəsi “haqq etsə” də , bayram ovqatını korlamamaq adına ad çəkməkdən vaz keçirik . Qısaca deyək ki , elektron əlillik təyinatı , Səhiyyə Nazirliyinin rəyi əsasında Respublikadan qıraqda əlillərin müalicələrinin təşkili olduqca bərbad durumdadır .

İLİN SOSİAL MİLLƏT VƏKİLİ adına , hər il olduğu kimi , QƏNİRƏ xanım PAŞAYEVA və VALEH ƏLƏSGƏROV seçildilər . İLİN SOSİAL MEDİA QURUMUnu seçməkdə əlillər başçıları müharibə veteranları , qaçqın – köçkün olan “Hürriyyət” , “Tərəf” , “Millətin səsi” , “Sözçü” , “Manevr” , “Müxalifət” ... arasında manevr etmək zorunda qaldılar və hələ də seçim edə bilməyiblər .

İLİN ƏN SAXTA “ETİRAFI”nı isə CÜMŞÜD NURİYEV etdi : Heç demə , deputat həm də “müharibə veteranı “ imiş. ..

Məğrur Bədəlsoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.