Mərkəzi Bankın valyuta ehtiyatı dekabrda 1.2 milyard dollar əriyib

3-01-2016, 11:52           

Mərkəzi Bankın «2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanat»ında deyilir ki, valyuta ehtiyatları 5 milyard ABŞ dollarınadək düşüb.

Bu o deməkdir ki, Mərkəzi Bank ötən ilin son ayında manatı qorumaq üçün 1 milyard 245 milyon dollar xərcləyib, çünki noyabrın sonunda valyuta ehtiyatının həcmi 6 milyard 245.6 milyon dollar olub.

Bəyanatda o da deyilir ki, son 1 ildə Mərkəzi Bankın valyuta bazarında satışları 8 milyard ABŞ dollarını ötüb ("Amerikanın səsi").












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.