Ermənilər işğal altında olan Şuşada universitet açmağa hazırlaşır.
Strateq.az bildirir ki, separatçı rejimin nəzarətində olan ərazidə Şuşa Texnologiya Universiteti fəaliyyət göstərəcək. Ali məktəbin işinin təşkil olunması üçün xüsusi fond yaradılıb.
Ali məktəbin hədəfi texnoloji, memarlıq və kənd təsərüfatı sahəsində beynəlxalq standartlara uyğun kadrların hazırlanmasıdır. Fondun direktoru Ermənistan Politexnik Universitetinin keçmiş rektoru Hovanes Tokmadciyan təyin olunub.
Azərbaycanın qədim şəhəri olan Şuşa 1992-ci il mayın 8-də erməni silahlı dəstələri tərəfindən işğal olunub.