Horadiz əməliyyatından 22 il ötür - Erməni bayrağı əskərlərimizin ayağı altında VİDEO

5-01-2016, 12:38           
Horadiz əməliyyatından 22 il ötür - Erməni bayrağı əskərlərimizin ayağı altında VİDEO
Yanvarın 5-də Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin ən uğurlu əməliyyatlarından olan Horadiz döyüşlərinin 22 ili tamam olur.
Modern.az-ın məlumatına görə, Azərbaycan Ordusu prezident Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 21, Cəbrayıl rayonunun isə 1 yaşayış məntəqəsini erməni işğalçılarından azad edib.
Horadiz əməliyyatı həmin vaxt ermənilərin Beyləqan rayonuna planlaşdırdığı hücumunun da qarşısını alıb. Bu döyüşlərdə ermənilər böyük itkilər verib.

Horadiz əməliyyatı 1993-cü il dekabrından başlamış 1994-cü il 6 yanvar tarixinə kimi davam edib. O zaman Azərbaycan Milli Ordusu Horadizi işğaldan azad edərək, qəsəbədə asılmış erməni bayrağını ayaqlar altına atdı. Təəssüf ki, Milli Ordunun o vaxtki zəfər yürüşü davam etdirilmədi... Necə deyərlər, zəfər yürüşü yarımçıq qaldı...

Modern.az saytı həmin döyüşün sonundan qürurverici görüntünü təqdim edir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.