Hansı icra başçıları ölkədən gedib? - Siyahı/Fotolar

7-01-2016, 11:20           

2015-ci ilin dekabr ayının 21-də baş verən devalvasiya Azərbaycanda ictimai mühitdə gərginlik yaradıb. Belə bir gərgin durumdan istifadə edib ölkəmizi qarışdırmaq istəyən xeyli qüvvələr mövcuddur.

Bu qüvvələr xalqın hökumətə yaranmış narazılığını özlərinin iyrənc maraqları naminə istifadə edə, xalqla iqtidarı üz-üzə qoya bilər. Bu təhlükə haqda artıq rəsmi şəxslər də müəyyən narahatlıqlar bildirirlər.

İndi təsəvvür edin, bu cür həssas bir məqamda əksər icra başçısı eyş-işrətindən qalmayıb. İqtidarın, xalqın ciddi çətinliklə üzləşdiyi dönəmdə Avropanın və Asiyanın bahalı kurortlarında dincəlməyə gediblər.

teref.az musavat.com-a istinadən xəbər verir ki, dekabrın sonlarından ölkəni tərk edən məmurların əksəri hələ də xaricdə istirahət edir. Aralarında icra başçılarının da olduğu bu heyət ölkədə vəziyyətin pisləşməsini, gərginliyin artmasına veclərinə almır.

O da məlumdur ki, məmurlar, xüsusən icra başçıları istirahət yeri kimi tez-tez Karlovı Varı kurortlarına gedirlər.

Çexiyanın gecə barları, kazinoları, azartlı oyun mərkəzləri zəngin məmurlarımızı maqnittək özünə çəkir. Yeni il tətilini Karlovı Varıda və başqa dəbdəbəli kurortlarda keçirən bir neçə icra başçısının adı məlum olub. Bu sırada Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun, Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun, Xətainin icra başçısı Razim Məmmədovun adları öndə gəlir.
Bir neçə başqa icra başçısının adı bizə məlumdur, sadəcə, dəqiqləşdirmələrimiz başa çatmadığı üçün onları siyahıya salmadıq. Lakin növbəti saylarda ölkəni özbaşına tərk etmiş məmurların da haqqında geniş yazacağıq.


Hansı icra başçıları ölkədən gedib? - Siyahı/Fotolar












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.