Mərkəzi Bankdan banklara icazə ilə bağlı açıqlama

7-01-2016, 13:25           
Mərkəzi Bankdan banklara icazə ilə bağlı açıqlama
Nağd xarici valyutanın alış və satış məzənnələri müstəqil şəkildə təyin ediləcək
Mərkəzi Bank banklara Azərbaycanda nağd xarici valyutanın alış və satış məzənnələrini müstəqil şəkildə təyin etmək hüququ verib.

Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiqlədiyi “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nda öz əksini tapıb.

Məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər. Əmrdə həmçinin şöbənin nömrəsi, ünvanı, məzənnələr və məzənnənin müəyyən edilməsinin tarixi və vaxtı əks etdirilir. Tədavülə yararlı olan nağd xarici valyutanın məbləğinə, buraxılış ilinə, keyfiyyətinə və fiziki xassələrinə görə fərqli məzənnələr təyin edilə bilməz.

Əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə bilər. Bu zaman əmr faks, elektron poçt və ya digər vasitələrlə şöbəyə çatdırılmalıdır.

Bundan başqa yeni qaydaya əsasən mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Eyni zamanda bu halda bank çıxarışında fiziki şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin adı, seriya və nömrəsi, verilmə tarixi, təqdim edən dövlət orqanının adı əksini tapmalıdır.

Mərkəzi Bankdan ANS PRESS-ə bildirilib ki, əslində “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın 9-cu bəndində - "Məzənnənin müəyyən edilməsi"ndə heç bir dəyişiklik yoxdur. Sadəcə sənəd yeni tarixdə çap edildiyindən bu, kütləvi informasiya vasitələrində yenilik kimi qəbul edilib.

"Əslində nağd xarici valyutanın alış və satış məzənnələrinin banklar tərəfindən müstəqil şəkildə təyin edilməsi əvvəldən mövcud idi",- deyə bankdan bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.