Rayonlara avtobusla gediş-gəlişlə bağlı əhaliyə VACİB XƏBƏR — RƏSMİ

13-06-2020, 00:01           
Rayonlara avtobusla gediş-gəlişlə bağlı əhaliyə VACİB XƏBƏR — RƏSMİ
Martın 19-u saat 00.00-dan etibarən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin, onların sahiblərinin və sərnişinlərinin Bakıya girişinə məhudiyyətlər qoyulub. Amma xüsusi icazəsi, xəstəliyi olan şəxslər icazəni təsdiq edən sənədi göstərərək, paytaxtda daxil ola bilərlər. Lakin rayonlardan Bakıya avtobusların işləməməsi, taksilərin isə “qiymət oxuması” onların Bakıya gəlməsində problemlər yaradır. Bəs, bu problemin aradan qalxması üçün rayonlardan Bakıya ekspress avtobus xəttlərinin təşkili nəzərdə tutulurmu?

"Ölkə.Az" bildirir ki, məsələ ilə bağlı redaktor.az-a açıqlama verən Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, paytaxta gəlmək istəyən vətəndaşlar üçün ekspress avtobusların təyin edilməsi gözlənilmir:

“Müəyyən xəstələr var ki, onların müalicəsi, əməliyyatı yanlız Bakıda mümkündür. Belə xəstələrə həkim tərəfindən xüsusi arayış verilir. Həmin arayışla da insanların Bakıya gəlməsinə və getməsinə icazə verilir. Amma onların gəlməsi üçün avtobuslar ayrılmır. Əslində hər rayon üçün ekspress avtobusların təyin edilməsi mümkün də deyil. Təsəvvür edin ki, rayonlara ekspress avtobuslar göndərilir, amma 2 gün Bakıya heç kim gəlmir. Bu zaman həmin avtobus gərək həmin 2 günü rayonda gözləsin. Bu baxımdan bu məsələ gündəlikdə deyil”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova isə saytımıza açıqlamasında bu məsələnin Operativ Qərargahın nəzarətində olduğunu bildirib:

“Bizim Operativ Qərargahın icazəsi olmadan rayonlardan Bakıya xüsusi avtobus xətləri təyin etməyə səlahiyyətimiz yoxdur. Ancaq vəziyyətdən asılı olaraq Operativ Qərargahın belə bir qərarı olarsa, tərəfimizdən həmin avtobuslar təşkil ediləcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.