Siyasi iflasın yekunu: - Əli Kərimli "öz qazdığı quyuya düşür"

13-06-2020, 13:11           
Siyasi iflasın yekunu: -
Əli Kərimlinin rəhbərlik etdiyi “Yurd”un Rəyasət Heyətinin növbəti iclası keçirilib. 15 nəfərin iştirakı ilə, video-konfrans yolu ilə baş tutan “iclas”da yenə müxalifətə, ayrı-ayrı müxalif fikirli şəxslərə qarşı biabırçı ifadələr səslənib.

“Yurd”un ünlü simaları Seymur Həzi, Fuad Qəhrəmanlı, Alı Rza, Məmməd İbrahim, Natiq Ədilov, Bəxtiyar Məmmədov, İlham Hüseyn, Asif Yusifli və digər Rəyasət Heyəti üzvlərinin iştirak etdiyi toplantıda, əsasən, Müsavat Partiyası və onun rəhbərləri, Ümid Partiyasının sədri İqbal Ağazadə və tanınmış jurnalist, son vaxtlar hakimiyyətə yönəlik tənqidləri ilə seçilən Aydın Canıyev hədəfə alınıb. Özü də ənənəyə uyğun olaraq, təhqirlə...

Beləliklə, keçək təhqirli, söyüşlü “siyasi dram”a...

Rəyasət Heyətini üzvü Məmməd İbrahim jurnalist Aydın Canıyevin yazdığı statusdan danışır. Bildirir ki, onun “Yurd” haqqında yazdığı fikirlərə müsavatçılar da dəstək verib. Fraqment:
Məmməd İbrahim:
-Bizim üstümüzə gələnlər, Aydın Can bir şey deyil. Mən hələ görməmişdim ki, müsavatçılar haradasa, hansısa müzakirədəsə, belə mütəşəkkil komanda şəklində iştirak etsinlər. Çox həyasızcasına.
Seymur Həzi:
-Ləyaqətsizcəsinə.
Məmməd İbrahim:
-Hə, ləyaqətsizcəsinə. Onların sədrlərinə də, dədələrinə də söysəydin, belə komanda şəklində iştirak etməzdilər.
İlham adlı şəxs:
-O dabandaşını görmürsən, Mustafanı...(Müsavat başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəylini nəzərdə tutur-red)
Məmməd İbrahim:
-Mustafa gətirmişdi də hamısını. Buna qədər bizim uşaqlar "Facebook”da İsa Qəmbər, Arif Hacılı haqqında yazıblar. Ancaq onlar bu cür komanda şəklində gəlib müzakirədə iştirak etməyiblər. Belə bir şey görünməmişdi. Bu, sırf komanda idi. Gəlmişdilər, Aydın Can kimi şərəfsiz bir adamın statusunun altında çaqqal kimi ulaşırdılar. Yenə bir qiymətli bir adam yazsaydı, başqa məsələ idi. Ancaq Aydın Can kimi alkaş bir adamın statusunun altında gəlib çox biabırçı, şərəfsiz sözlər yazırdılar. Mən adi sıravi üzvlərimizə belə, rəva bilmirəm ki, gedib cavab yazsınlar.
İlham Hüseyn:
-Özü də İqbalı tərifləyən statusun altında. İqbal da bunları söyür.
Məmməd İbrahim:
-Elə statusu İqbal yazdırmışdı.
İlham Hüseyn:
-Araq- zad alır da İqbal ona.
Məmməd İbrahim:
-Hə, İqbal yazdırmışdı statusu ona. Onlara da komanda verilmişdi ki, gedin dəstəkləyin. Bəlkə də Mustafa yığıb gəlmişdi. Düşünürlər ki, məqamdır, bunlar yıxılır (“Yurd”u, Milli Şuranı nəzərdə tutur-red), biz də vuraq keçək qabağa. Müsavat elə bilir ki, yenə diriləcək”.

Dramın kuliminasiyası

İclasda “blokadada olduğu” deyilən Əli Kərimli də iştirak edib. Hər dəfə təhqir, böhtan, söyüşü mən təşkil etmirəm deyən Əli Kərimli bu təhqirləri dinlədikcə, sanki feyziyab olur. Başqa vaxt Əli Kərimli bu cür adamları kimlərinsə əleyhinə danışdırır, söydürür, sonra “mənim xəbərim olmayıb”, “bu onun öz fikridir, “Yurd”un mövqeyi deyil” kimi arqumentlər səsləndirər, özünü təmizə çıxarmağa çalışardı. Artıq neçənci dəfədir ki, “Yurd” lideri buna lüzum görmür. Milli Şuranın son bir neçə video-konfransında yaşanan olaylar, səslənən biabrıçı fikirlər də heç nəyin təsadüfi olmadığını söyləməyə əsas verir. Bəli, durum budur. 2019-cu ilin biabırçı oktyabr hadisələrindən, icazəsiz mitinq şousundan sonra Əli Kərimlinin rəhbərlik etdiyi təşkilatlar: “Yurd”, Mlli Şura ciddi şəkildə mənəvi-psixoloji böhran yaşayır. Artıq mənəvi deqradasiyanın son həddidir. Dağılmaqda olan bu təşkilatlar son dəfə müxalifətə pislik etmək, mövcud mənəvi atmosferi bir az da dağıtmaq niyyətindədir. Son vaxtlar müxalifətdə tamamilə başqa siyasi münasibətlərə meyl edən, yeni trendlər təklif edən, köhnəlmiş yanaşmaları dəyişən siyasi qüvvələrin ortaya çıxması, protest elektoratının önünə ənənəvi düşəgrədən olmayan şəxslərin çıxması Əli Kərimlini və onun dəstəsində olan adamları ciddi şəkildə narahat edib. “Yurd”un Rəyasət Heyətinin video-konfrans yolu keçirdiyi iclasında yaşananlar bur qurumun iflasın astanasında olduğunu göstərir. Söylənilən təhqirlər isə bu adamların tamamilə tükəndiyini göstərir. Baş verənlər məğlub olanın cığallıq etməsindən başqa bir şey deyil.

Danışanların siyasi ritorikası ikrah doğurur

Bir zamanlar tanınmış siyasi xadimlərin üzv olduğu “Yurd”un Rəyasət Heyəti bax bu cür səviyyəsiz, intellektsiz, mənəvi göstəricləri sıfırın altında olan şəxslərdən formalaşıb. Əslində, bu da təsadüfi deyil. Çünki son 10-12 ildə Əli Kərimli “Yurd” üzvlərini, funksionerlərini elə bur prinsiplərlə seçir. Ona düşünən, qərarlar verən, ağıllı insanlar lazım deyil. Gözünü yumub “Əli Kərimli liderdir, mən də onun sadiq tərəfdarıyam” deyənlər, zombiləşmiş sadiq trollar “Yurd”da başa keçirilir.

Milli Şurada və “Yurd”da baş verənlər bir şeyi açığa çıxarır. Bu qurumlar müxalifətdə mövqeyini getdikcə itirir. Bunu Əli Kərimli də dərk edir. Milli Şuranın parçalanması göz önündədir. Son illər Milli Şurada parçalanma Əli Kərimlini qorxuya salıb. Əli Kərimli rəhbərlik etdiyi təşkilatların siyasi uçurumun kənarında olduğunu bilir. “Yurd” ətrafında yeni birlik modelləri də yaratmaq mümkün deyil. Çünki “Yurd”un qara piar aparatı Milli Şuraya daxil olmayan bütün siyasi qüvvələri bu illər ərzində gözdən salmağa, aşağılamağa cəhd edib. Yəni bu siyasi dalanı “Yurd” rəhbərləri özləri yaradıb. Nə çıxa bilirlər, nə irəli getmək mümkündür. Buna görə də yeganə yol kimi son güllələri atmaq, siyasi mühiti bir az da çirkaba bulaşdırmağa çalışırlar.dia.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.