Təəssüf edirik ki, siz bizi tərk edirsiniz - İlham Əliyev

18-06-2020, 00:13           
Təəssüf edirik ki, siz bizi tərk edirsiniz - İlham Əliyev
Təəssüf edirik ki, siz bizi tərk edirsiniz. Eyni zamanda, vaxtın necə sürətlə keçdiyini görürük. Çünki mən görüşdüyümüz ilk vaxtı - sizin Azərbaycanda yenicə fəaliyyətə başladığınız vaxtı xatırlayıram. Artıq 4 il keçib.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfransda bildirib.

"Biz anlayırıq ki, Dünya Bankının əməkdaşları öz yaşayış və iş yerlərini çox tez-tez dəyişirlər. Lakin mən sizə “Çox sağ ol” demək istəyirəm. Çünki bizimlə olduğunuz bütün bu müddət ərzində siz həqiqətən də əməkdaşlığımıza və vacib layihələrin həyata keçirilməsinə töhfə verdiniz. Gələcək fəaliyyətinizdə sizə uğurlar arzu edirəm. Sizi yenidən Bakıda görəcəyimə ümid edirəm. Bizim qonağımız kimi və ya ola bilsin ki, yeni vəzifədə. Əməkdaşlıq üçün təşəkkür edirəm", - dövlət başçısı vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.