"Əhali evdə qalmalıdırsa, onda zəhmət çəkin, iyun və iyul ayları üçün 190 manat ödəyin"
19-06-2020, 01:01

Dəfələrlə xəbərdarlıq etdim ki, belə idarəçilik olmaz, əvvala, biznes üçün yalnız açılış deyil, həm də bağlanış da əlavə xərclər yaradır.
Bunu iqtisadçı alim Qubad İbadoğlu öz sosial şəbəkədə səhifəsində yazıb. Qubad bəy sonra yazır:
Nədən bir neçə dəfə açılış-bağlanış edib, onsuz da pis vəziyyətdə olan azad biznesi məhv edirsiniz?
Axı niyə kimlərinsə səriştəsizliyi və səbatsızlığı ucbatından biznes 2 dəfə bağlanış və 2 dəfə də açılışa məsrəf etməlidir.
Əgər sərt karantin rejimi uzadılırsa, əhali evdə qalmalıdırsa, onda zəhmət çəkin, iyun və iyul ayları üçün:
- Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsini;
-Haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğunu;
-Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini;
-Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsini;
-Əhaliyə güzəştli işıq limitinin 100 kvts. həcmində artırılmasını təmin edin.
Əgər bunları etməsəniz, gerçəkdən də üsyan olacaq, bəri başdan xəbərdarlıq edirəm.
Qubad İbadoğlu