Koronavirusa qarşı “sovet səddi” və “KQB üsulu”? – Ekspertlər bunu istisna etmir...

22-06-2020, 09:05           
Koronavirusa qarşı “sovet səddi” və “KQB üsulu”? – Ekspertlər bunu istisna etmir...
Koronavirusun sürətlə yayılması, pandemiya səbəbi ilə baş verən ölüm hallarının sayının kəskin surətdə artması, bu xəstəliyə qarşı daha təsirli mübarizə vasitələrinin tapılmasını zəruri edir. Lakin təəssüflər olsun ki, hələ ki, qlobal miqyasda görülən tədbirlər, atılan addımlar pandemiyanın qarşısını almaq, onun yayılmasını əngəlləmək üçün kifayət etmir.

Moderator.az xəbər verir ki, təhlükənin miqyasının artması, proseslərin getdikcə daha çox ümidsiz məcraya yön alması, pandemiya ilə mübarizədə yeni vasitələrin tətbiqini aktuallaşdırmaqdadır. Hansı ki, bəzi ekspertlər koronavirusa qarşı savaşda “sovetsayağı mübarizə” üsulundan istifadənin daha effektiv ola biləcəyi qənaətindədir.

Mütəxəssislərin fikrincə, SSRİ bir çox özəlliyinə görə davamlı olaraq tənqid edilsə də, onun bu cür xəstəliklərə qarşı effektiv mübarizə apardığı inkaredilməzdir. Sovet dönəmində vəba, çiçək, tif epidemiyasınaın sərt, bəzi hallarda isə qəddar tədbirlərlə dayandırıldığına diqqət çəkən ekspertlər, ehtiyac yaranacağı təqdirdə koronavirusa qarşı da eyni üsullarla mübarizənin mümkün ola biləcəyini ehtimal edir. Hansı ki, SSRİ-nin epidemiyalara qarşı apardığı bu mübarizədə KQB-nin belə yer aldığına diqqət çəkilir.

Bundan başqa, gərəkirsə sadəcə bütöv şəhərlərlə deyil, həm də bütöv bölgələrlə bağlı sərt karantin rejiminin tətbiqinin faydalı ola biləcəyi vurğulanır. Bu qəbildən olan mütəxəssislərin fikrincə, əgər koronavirusa qarşı mübarizədə peyvəndin qısa müddətdə tapılması mümkün olmasa, o zaman daha sərt və amansız mübarizə vasitələrinə əl atılması qaçılmaz və faydalı ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru