Sabiq deputatdan Əli Həsənova SƏRT SÖZLƏR: "Şər-böhtan yazıb ləkələmədiyin, evini yıxmadığın adam qalmayıb..."

23-06-2020, 12:12           
Sabiq deputatdan Əli Həsənova SƏRT SÖZLƏR: "Şər-böhtan yazıb ləkələmədiyin, evini yıxmadığın adam qalmayıb..."
Milli Məclisin keçmiş deputatı, telejurnalist Etibar Hüseynov Prezident Administrasiyasının ləğv edilmiş sabiq şöbə müdiri Əli Həsənovu tənqid edən fikirlər səsləndirib.


Demokrat.az sabiq deputatın həmin fikirlərini təqdim edir:


"Ulu Öndərin hansı arxiv fotosuna baxırsan: yanında Vasiflə, Bəylər müəllimi görürsən. Özünü Heydər və İlham Əliyevin ən sədaqətli əsgəri adlandıran Əli Həsənov! Bəs sən hardasan?


O vaxtlar kimin yanındaydın?


Kimlərlə foto çəkdirirdin?


Heydər Əliyevlə ilk fotonun tarixi nə vaxta təsadüf edir?

Bəlkə yayımlayasan, baxaq. Bu gün paylaşdığın statusda qeyd edirsən ki, "bəzi saytlar sənə böhtan atır"; halbuki yazılanlar tam həqiqətdir. Trolların 100 müdafiə etsə də xeyri yoxdur. Özün bu ölkədə haqqında şər-böhtan yazıb ləkələmədiyin, evini yıxmadığın adam qalmayıb. Odur ki, "qaşığına çıxandan" niyə təəccüblənirsən ki? Sitatın Sonu".



Xatırladaq ki, bu yaxınlarda Prezident Administrasiyasının ləğv olunmuş ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Moskvada tələbəlik illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdurəhman Vəzirova dəstək məktubu üzə çıxıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru