Azərbaycan Ordusuna çamur atanlar və ya polkovnikə "zəhər" verən kimlərdir?
23-06-2020, 13:48
Son zamanlar Azərbaycan Ordusunda güclü islahatlar davam etməkdədir. Çox təəsüflər olsun ki, hər zaman bu islahatlara həm xaricdən, həm də daxildən müdaxilələr olur. Lakin ən qorxuncu isə içimizdə olan düşmənlərdir. Bəzi şəxslər bu islahatlara mane olmağa çalışır, öz məqsədləri üçün sui-istifadə edirlər. Ürək ağrıdan bir digər məsələdən biri də odur ki, Müdafiə Nazirliyində hələ də bəzi işbazlar və onların adamları qalmaqdadır. Bu tip insanlar ordunu daim öz şəxsi mənafeləri üçün talan etmiş, onun inkişafını əngəlləmişlər. Onlara göstərilən etimaddan isə öz dədə-baba malları kimi istifadə etmiş və etməkdədirlər.
Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində olan qanunsuzluqlar, Fuad Məmmədov və onun ətrafı barədə geniş məlumat versək bəlkə bəzi qurumlar onlar haqqında daha yaxşı ölçü götürərlər. İllərdir dövlət büdcəsindən ayrılan pullar Müdafiə Nazirliyinin güclənməsi və ordunun daha yaxşı müstəviyə çıxması, işğal altında olan torpaqların azad olunması üçün nəzərdə tutulmuşdur. Lakin, bəzi işbazlar vətənpərvərlik hisslərini unudub, vicdanlarını isə pula satıblar. MTT Baş İdarəsinin rəisi general-mayor F.Məmmədovun isə olub keçənlərdən xəbəri yoxdur. Çünki general-mayor öz şəxsi kabinetindən demək olar ki, çölə çıxmır və deyilənə görə səhər-axşam ancaq hallanmaqla məşğul olur. Onun yarıtmaz idarəçiliyi isə bir çoxlarına, xüsusilə də ehtiyatda olan zabitlərə çox yaxşı bəllidir. Yaxşı olardı ki, onun qanından analiz götürsünlər. Niyə də yox, axı bu yaxında Azərbaycanın vitse-prezidenti Mehriban xanım Əliyevanın qan vermə çağırışına Azərbaycan Ordusunun bütün rəhbər heyəti qoşulmuş və hər biri qan vermişdir. Lakin F.Məmmədov bu çağırışdan yan keçmiş və aksiyada iştirak etməmişdi. Cavab məlumdur.
Başı özünə qarışmış F.Məmmədovun əlaltıları onun narkotik aludəçiliyindən necə lazımdı istifadə edirlər. Axı burada külli miqdarda pul vəsaiti dövriyyə edir, alqı-satqılar onların vasitəsi ilə həyata keçirilirdi. Elə bu səbəbdəndir ki, Azad Salamov və onun kölgəsi Əfqan Cəfərov onun əvəzinə bütün işləri həyata keçirirdilər.
F.Məmmədovun ən etibarlı adamlarından biri Azad Salamovdur. Onun qanunsuz əməlləri saymaqla bitməz. A.Salamov MTT Baş İdarəsində bütün təyinat işləri ilə məşğul olmub, istədiyi adamı istədiyi yerə təyin edib və qanunsuz təyinatlara görə hər dəfəsində külli miqdarda pullar mənimsəyirdi. Bundan başqa, 14 il zabit kimi fəaliyyətində heç bir savad sahibi olmamış, bir uğura imza atmamış, təcrübəsiz, bacarıqsız və idarəçilik qabiliyyəti sıfırın altında olan xalası oğlu mayor Elgün Əliyevi polkovnik vəzifəsi olan komandir vəzifəsinə təyin elemişdi.
Azad Salamovun kölgəsi olan Əfqan Cəfərovun isə bu yaxında xidmətdən uyğunsuzluqla qovulub. Ə.Cəfərovun qanunsuz əməlləri də hamının məlumudur. Bir fakt isə onun sevgilisi kimi himayə etdiyi MTT Baş İdarəsində çalışan hərbi qulluqçu Elmira Aslanovadır. Ə.Cəfərov hərbi qulluqçuya qırmızı rəngdə Nissan markalı avtomobili və Azadlıq metrosunun yanında yerləşən Kristal Abşeron şirkətinin inşa etdiyi yeni tikilidən ev hədiyyə etmişdir. Hətta, bu azmış kimi vəzifələrin ixtisarı zamanı başqa bir qadın hərbi qulluqçunu işdən çıxarıb, onu yerinə E.Aslanovanı saxlamışdır. E.Aslanovanın əlindən heç nə gəlməməsinə baxmayaraq o, yenə iş başındadır. Bəs bu pullar aylıq gəliri məlum olan zabitdə hardandir?
Çox təəssüflə qeyd etmək istəyirik ki, F.Məmmədov və əlaltı zabitləri indidə ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadəni öz məqsədləri üçün istifadə edir, onu maliyyələşdirirlər. Əfqan Cəfərov və Azad Salamov ona məlumatlar ötürür, Q.Mənsimzadə isə bu məlumatları heç bir senzuradan keçirməmiş sosial şəbəkələrdə paylaşır. Lakin o unudur ki, ona bu məlumatları verənlərin ağasının əlindən heç bir iş gəlmir və öz zibillərini digərlərini üstünə atır. Çox yaxşı olardı ki, Q.Mənsimzadə kimi zabitlər xidmət etdiyi dövrdə Azərbaycan Ordusu üçün faydalı işlər görə, F.Məmmədəov və onun zabitlərinin fəaliyyətini işıqlandırardı.
Amma əlbəttə prinsip eynidir. Xidmət dövründə talan edərkən hər şey yaxşı olur, xidmət bitdikdən sonra isə narazı olmağa başlanılır. Bu da təəccüblü deyil. Axı qara vəsaitlər və qanunsuz əməllər insanı öz düzgün yolundan azdırır. Ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadənin əsassız danışıqları isə toplanır və əminəm ki, məhkəmədə onun əleyhinə istifadə olunacaq. Çünki, kimlərinsə ona dayaq olması və pul vəsaitləri verməsi heç nəyi həll etməyəcək. Qanun hamı üçündür!
Qlobal.az