Bu səlahiyyət TƏBİB-dən alınıb Səhiyyə Nazirliyinə verildi
24-06-2020, 00:00
Azərbaycanda koronavirusla işləyən xəstəxanaların hamısı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nəzdindən çıxaraq Səhiyyə Nazirliyinə keçib.
Bu barədə səhiyyəyə bağlı mötəbər mənbədən məlumat daxil olub.
Məlumata görə, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsindən çıxarılan Rauf Nağıyev yenidən vəzifəsinə qaytarılıb.