İlham Əliyevdən Cahangir Əsgərovla bağlı SƏRƏNCAM 11-07-2020, 11:50 Prezident İlham Əliyev Cahangir Əsgərovun "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.Teref.Az xəbər verir ki, sərəncamda deyilir:Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Cahangir Calal oğlu Əsgərov "Şərəf” ordeni ilə təltif edilsin.Qeyd edək ki, bu gün C.Əsgərovun 70 yaşı tamam olur. Facebook-da paylaş