"Yeni təhsil naziri Emin Əmrullayevi 23 yaşından tanıyıram," - Qubad İbadoğlu yazır..
29-07-2020, 00:02
!["Yeni təhsil naziri Emin Əmrullayevi 23 yaşından tanıyıram," -](/uploads/posts/2020-07/1595958696_1.jpg)
Teref.az yazır ki, ADR hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu yeni Təhsil naziri ilə bağlı fikirlərini bölüşüb. Qubad ibadoğlu yazır:
Yeni təhsil naziri Emin Əmrullayevi 23 yaşından tanıyıram, mən 2005-ci ildə Budapeştdə Mərkəzi Avropa Universitetində çalışanda orda magistr təhsili alırdı. O sonra da xaricdə təhsil üzrə dövlət proqramı üzrə ABŞ-ın məşhur Kolumbiya Universitetində ikinci dəfə master proqramını oxuyub. Sevindirici haldır ki, bu prorqamın məzunlarından biri olaraq yüksək dövlət vəzifəsinə irəli çəkildi. Məyusluq doğuran odur ki, 2015-ci ildən həmin proqram dayandrılıb və dəfələrlə təklif verməyimizə baxmayaraq bərpa olunmur.
Emin Əmrullayevin təhsil naziri təyinatı ilə bağlı aşağıdakı qənaətimi bölüşmək istərdim.
Birincisi, o yalnız indiyədək təhsil sahəsinə rəhbərlik edən ən gənc nazir deyil, həm də hazkı nazirlər arasından ən gəncidir, sələfindən də cavandır. Ona belə yüksək etimadın göstərilməsi mənim üçün də gözləniməz olsa da təqdir edirəm.
İkincisi, onun Təhsil Nazirliyində iş təcrübəsi olduğundan Xarici İşlər naziri təyinatında olduğu kimi kənardan gətirilmiş kadr təsiri bağışlamır. Bildiyim qədər o Təhsil Nazirliyində innovasiyaların tərəfdarı olan istedadları dəstəkləyən texnokrat fəaliyyəti ilə seçilirdi.
Üçüncüsü, Emin Əmrullayevin ABŞ təhsilli olması, Sorosun Universitetini bitirməsi açıq cəmiyyət üzərində qurulan və akademik azadlıqlara geniş yer verən Qərb təhsilinin Azərbaycanda tətbiiqnin genişlənməsinə gətirib çıxara bilər.
Bir tərəfdən hazırkı siyasi rejim və mövcud ali idarəetmə sistemi, digər tərəfdən də müasir təhsil sahəsində islahat potensialının yüksək olması və onun dinamikliyinin getdickə artması Emin Əmrullayevin bu işini birmənalı çətinləşdirəcək. Odur ki, onun bu şərtlər çərçivəsində təhsildə əhəmiyyətli dəyişikliklər aparması, məsələn, müəllimləri seçki saxtakarlığının təşkilindən kənarlaşdırması, təhsil şöbələrini icra hakimlərinin nəzarətındən çıxarması asan olmayacaq. Onun uğuru isə nə qədər müstəqil və prinsipial olması ilə yanaşı, bu sahədə həlli vacib olan vəzifələrin öhdəsindən kimlərlə, yəni hansı komanda ilə gəlməsindən, təqdim edilmiş təkliflərə nə qədərə açıq olmasından asılı olacaq. Uğur olsun!
Teref.az