Azərbaycanlı milyarder Fərhad Əhmədov təkzib məktubu göndərd TƏKZİB

15-01-2016, 23:13           
Azərbaycanlı milyarder Fərhad Əhmədov təkzib məktubu göndərd TƏKZİB
teref.aznun poçtuna gələn bu məktubu oxuculara təqdim edirik! Onuda deməyi özümzə borc bilirik ki, Fərhad Əhmədovun həqiqətən Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə elə bir sərt məktub yazması bir azərbaycanlı kimi bizi sevindirdi! Ona görədə bu təkzib məktubunu oxuculara sevinc hissi ilə təqdim edirik:
“teref.az” informasiya agentliyinin rəhbərliyinə
e-poçt ünvanı: n_alp@mail.ru

Rəhbərlik etdiyiniz xəbər portallarının 14 yanvar 2016-cı il tarixli buraxılışlarında müxtəlif saatlarda “Azərbaycanlı milyarderlə bağlı QALMAQAL - Fərhad Əhmədovun Narışkinə saxta məktubu...” adlı məqalə dərc edilmişdir. Həmin məqalələrdə qeyd olunmuşdur ki, “Nijni Novqorod Azərbaycanlıları Mədəni Muxtariyyətinin sədri, Rusiya Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasov Modern.az-a mövzu ilə bağlı açıqlama verib. O, məktubun saxta olduğunu qeyd edib.”
Habelə qeyd olunmuşdur ki,“Bir gün sonra məktubun saxta olduğunu, Fərhad müəllimin belə bir sənəd imzalamadığını və Dövlət Dumasına təqdim etmədiyini öyrəndim. Sən demə bu məlumatın şübhəli olduğunu anlamaq üçün bir az diqqətli olmaq kifayət imiş.”
Nəzərinizə çatdırıram ki, xəbər portallarının Vidadi Abbasovun açıqlamalarına istinad edib Fərhad Əhmədovun belə bir məzmunda məktub yazmamağıbarədə məqalələri həqiqətə uyğun deyil.
Hesab edirəm ki, sözügedən məktubun saxta olub-olmadığını aydınlaşdırmaq üçün xəbər portalları tərəfindən Fərhad Əhmədova deyil, mövzu ilə heç bir əlaqəsi olmayan Vidadi Abbasova müraciət edilməsibelə özlüyündə ziddiyyət yaradır.
Bildirirəm ki, məqalə tamamilə fərziyyələr əsasında yazılmışdır. Belə ki, Fərhad Əhmədov10.12.2015-ci il tarixindən Bakıya gəlmiş, anasının vəfatı ilə əlaqədar olaraq bu günə kimi onun Bakıda olmasını nəzərə almadan “Məktub 26 dekabrda imzalanıbsa, niyə 10 yanvarda Bakıda üzə çıxıb?” sualı ilə oxucularda çaşqınlıq yaradılmağa cəhd edilib. Habelə bu azmış kimi həmin suallaraonun adından cavablar verilməsi də məqalənin uydurma olmasından xəbər verir.
Diqqətinizə çatdırıram ki, Azərbaycan mətbuatında 10.01.2016-cı il tarixdə verilmiş Fərhad Əhmədovun Rusiya Federasiyasının Dövlət Dumasının sədri Serqey Narışkinə ünvanlanmış müraciəti həqiqətə uyğundur, Fərhad Əhmədovun tərəfindən 26.12.2015-ci ildə Bakıda imzalanmış və aidiyyəti üzrə göndərilmişdir. Təbiidir ki, Bakıdan Moskvaya göndərilən məktub Rusiya Federasiyasındakı məlum qeyri-iş günləri ilə əlaqədar olaraq Dövlət Dumasının sədrinə 2016-cı ilin ilk iş günlərində çata bilərdi. Bu tarix də yanvarın 11-dən sonraya təsadüf edə bilər.
Nəzərinizə çatdırıram ki, qeyd olunan məlumatlar həqiqətə uyğun olmamaqla yanaşı Fərhad Əhmədovun işgüzar nüfuzunu ləkələyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən “kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır”.
Qeyd olunanları nəzərə alaraq“Azərbaycanlı milyarderlə bağlı QALMAQAL - Fərhad Əhmədovun Narışkinə saxta məktubu...”adlı məqalənin təkzib edilməsini və həqiqətə uyğun olmayan məlumatın yayılmasına görə oxuculardan və adları çəkilən şəxslərdən üzr istənilməsini təmin etməyinizi xahiş edirik.

Hörmətlə,
Fərhad Əhmədov
Bakı ş., 15.01.2016-cı il.

Fərhad Teymur oğlu Əhmədovun
etibarnamə üzrə nümayəndəsi: Nail Şahverdiyev

Baxmayaraq ki, Fərhad bəyin işgüzar nüfuzuna xələl gətirən o saxtakar məqalənin müəllifi biz deyilik, teref.az olaraq Fərhad bəydən üzr istəməyi özümüzə borc bilirik. teref.az olaraq həmvətənlərimizin belə xəbis oyunları qurmasına təəssüf edirik. Hər halda xaricdə yaşayan adlı - sanlı həmvətənlərimizin bir çoxu Fərhad Əhmədovun atdığı addımın kiçik bir hissəsini təkrar etsə idi indi biz Qarabağ problemini çoxdan çözmüş olardıq!
teref.az adından Fərhad bəyə anasının vəfatı ilə bağlı dərin hüznlə baş sağlığı veririk.
Nurəddin Xoca.
P.S. Bir azərbaycanlı kimi Fərhad Əhmədovun bu addımı ilə fəxr edir və gələcəkdə də onun işlərində uğurlar arzu edirik












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.