Qəbələdə şəhid general-mayor Polad Həşimovun ikinci ən böyük küçəyə adının verilməsi bir sıra KİV-lərdə yanlışlıqla işıqlandırılıb. Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Ceyhun Əsgərov bildirib.
“Bir sıra KİV-lər məlumat yayıb ki, küçənin əvvəlki adı Həzi Aslanov olub. Bu səhv məlumatdır. Şəhid general-mayor Polad Həşimovun adı İsmayıl Bəy Qutqaşınlı küçəsinin bir hissəsinə verilib. Səhvə yol verən KİV-lərdən məlumatı düzəltməyi xahiş edirəm”, -deyə qurum rəsmisi qeyd edib.