Rusiya-Ukrayna savaşının qurbanı olan azərbaycanlıların ailələri DANIŞDILAR VİDEO

22-05-2025, 11:38           
Rusiya-Ukrayna savaşının qurbanı olan azərbaycanlıların ailələri DANIŞDILAR  VİDEO
Bir vaxtlar vahid bir ölkənin vətəndaşları olduğumuzdan həm Rusiyada, həm də Ukraynada bu gün də minlərlə soydaşımız yaşayır və bu ölkələrin pasportlarını daşıyırlar.

Bu səbəbdən soydaşlarımız 3 ildən artıqdır ki, davam edən Rusiya-Ukrayna savaşının qarşı səngərlərində bir-birinə tətik çəkmək məcburiyyətində qalıblar. Ukraynadakı Azərbaycan diasporunun nümayəndəsi Vidadi İsrafilov bildirib ki, müharibədə 100-ə qədər azərbaycanlı şəhid olub:

"Onların yarıdan çoxu Ukraynada dəfn olunub. Bəziləri isə ailələrinin xahişi ilə Azərbaycanda torpağa tapşırılıb".

Müharibədə həlak olanlardan biri də Ukrayna ordusunun əsgəri Emil Ağabəyovdur.

Mərhumun həyat yoldaşı İrina Ağabəyovanın sözlərinə görə, Emil 2024-cü il avqustun 24-də Xarkov istiqamətindəki döyüşlərdə şəhid olub:

"Əvvəlcə ağır yaralanıbmış, hospitala yerləşdiriblər. Amma 3 gün sonra ağır yaralara dözməyib, ürəyi dayanıb. İki azyaşlı uşağımız atasız qaldı. Qızım Safura 14, oğlum Samir isə 11 yaşındadır. Onsuz çox çətindir".

Əraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru