İsrail diplomatları atəşə tutdu - Türkiyədən reaksiya

Bu gün, 12:24           
İsrail diplomatları atəşə tutdu - Türkiyədən reaksiya
Rəsmi Ankara Türkiyənin Qüdsdəki baş konsulluğunda çalışan şəxsin də aralarında olduğu bir qrup diplomatın Fələstinin Cenin şəhərinə səfər zamanı İsrail hərbçiləri tərəfindən atəşə tutulmasını pisləyib.

Referans xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, diplomatların həyatları üçün təhlükə yaradan bu hücum İsrailin beynəlxalq hüquq və insan haqlarını sistemli şəkildə heçə saydığının növbəti təzahürüdür:

“Diplomatın hədəf alınması yalnız şəxsi təhlükəsizliyə deyil, eyni zamanda dövlətlərarası münasibətlərin təməlini formalaşdıran hörmət və güvən mühitinə qarşı ciddi təhdiddir. Baş verən hücum ən qısa zamanda araşdırılmalı və məsuliyyət daşıyan şəxslər cavab verməlidir. Beynəlxalq ictimaiyyət bu təhlükəli hadisəni ən ciddi şəkildə qınamağa və İsrailin "cəzasızlıq zirehi"nin sona çatması üçün ciddi addımlar atmağa çağırırıq”.

Xatırladaq ki, İsrail hərbçiləri bu gün Cenində qaçqınların olduğu düşərgəsinin yanındakı xarici diplomatlardan ibarət nümayəndə heyətinə atəş açıblar. Qrupda 35 diplomat olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.