Həqiqət anlayışı. (Düşünmək üçün)
23-08-2020, 17:16
![Həqiqət anlayışı. (Düşünmək üçün)](/uploads/posts/2020-08/1598188551_1.jpg)
Qədim zamanlarda şəhərlərin birində keşiş, hakim və alimə müxtəlif əməllərinə görə boyunları vurulmaqla ölüm hökmü verilir. Onları eyni gündə, şəhər meydanında edam etməli idilər. Bütün şəhər əhli meydana yığışır, gilyotin qurulur, cəllad ilk keşişi edama gətirir. Hökmdar keşişə deyir ki, son sözün varsa de, keşiş də əlinə səmaya açır və dua edir ki, Allah onun günahlarını bağışlasın, səhv edib, Allahdan əfv diləyir. Keşişin boynunu gilyotinin altına qoyurlar, cəllad ipi çəkir, balta keşişin boynuna 2 santimetr qalmış dayanır – şəhər əhli cuşa gəlir, hamı bağırır ki, gördüz, Tanrı onu bağışladı, biz kimik ki, bağışlamayaq. Hökmdar da Allahın onu bağışladığına inanır, əmr edir ki, keşişi sərbəst buraxsınlar.
Növbə hakimə çatır, cəllad onu gilyotinin yanına gətirir, hökmdar yenə ona da son söz verir – hakim deyir ki, mən qanuna, hömkdarın ədalətli olduğuna inanıram, mənim heç bir günahım yoxdur. Cəllad hakimin boynunu gilyotinin altna qoyur, ipi çəkir, balta yenə hakimin boynuna cəmi 2 santimetr qalmış dayanır. Kütlə, “eşq olsun bizim hökmdara, onun ədalətinə”, deyərək bağırmağa başlayır. Hökmdar hakimi də əfv edir, deyir ki, bu möcüzə onun günahsız olduğunu sübut edir.
Cəllad bu dəfə də alimi gilyotinin yanına gətirir, hökmdar ona da soz söz haqqı verir. Alim gülərək deyir ki, nə cahil adamlarsız e siz, görmürsünüz ki, gilyotinin ipində düyün yaranıb, baltanın boyuna çatmasına 2 santimetr qalmış o düyün diyərlənən çarxda ilişir və balta sona qədər hərəkət edə bilmir. Cəllad baxır ki, doğrudan da ipə düyün düşüb və çarxdan keçmir. Tez düyünü açır, alimin boynunu gilyotinə qoyur, ipi çəkir və balta sona qədər enib adamın başını bədənindən ayırır və həqiqət alimi öldürür...
Bu günlərdə məmləkətdə baş verənlərə baxanda bu əfsanə yadıma düşdü – xatırlayın, hələ 2017-cı ildə, rus dilində müsahibə verib demişdim ki, birinci vitse-prezidentin təyinatı klanlaraarası davanı, sistemdaxili mübarizəni qızışdırıracaqsa, niyə də yox, qoy olsun. Nəticə etibarı ilə hakimiyyətin əsas dayaqlarından biri olan klançılıq zədələnəcək, bu isə ölkədə yeni fürsətlər və imkanklar doğuracaq. O zaman bu sözü anlamayanlar, qərəzli insanlar, qara yaxanlar həqiqəti dediyimə görə “boynumu vurmağa” çalışdılar. Üç il öncə o sözə görə məni söyənlər, indi olub-bitəni görüb eyni şeyi təkrar-təkrar yazır, ağıllı sifət alıb efirlərdə söyləyirlər. Günü bu günə qədər həmin insanların bir qismi hələ də “niyə də yox” fəlsəfəsini anlamadan o müsahibəyə görə mənə irad bildurməyə çalışırlar – ya cahildilər, yada kənardan idarəolunun qərəzli kütlədilər.
Bizim hədəfimiz Parlament Respublikasıdır, qanunun aliliyidir, Cumhuriyyətin təməllərinin bərpasıdır, neo-monarxiyadan qurtulmaqdır, belə çətin və ağır yolda olanlar gərək heç olmasa 3 addım önünü görə, analiz edə, düşünə bilsinlər.
Nə isə, düşünün xanımlar və cənablar, düşünmək zərərli deyil...
Natiq Cəfərli
Teref.az