Bu gün iqtidadiyyatda baş verən problemlərin həlli artıq iqtisadi müstəvini aşıb, problemlərin həlli.....

25-08-2020, 16:09           
Bu gün iqtidadiyyatda baş verən problemlərin həlli artıq iqtisadi müstəvini aşıb, problemlərin həlli.....
Prezidentin son çıxışını diqqətlə izlədim, oxudum, yenə düz deyir, amma doğruları demir. İcra Başçılarına deyir ki, investor cəlb edin - nə qanunlarda, nə də məntiqlə onların investor cəlb etmək səlahiyyəti, imkanları yoxdur.
Teref.az yazır ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyir. Daha sonra Natiq Cəfərli deyir:
İnvestoru seçilmiş Mer institutu cəlb edə bilər - bunun dünyada örnəkləri var, Türkiyədə bu sistem çoxdan çalışır. Təyinatlı şəxs, hansını ki, bu gün təyin edib sabah işdən atmaq olar - heç vaxt investor cəlb edə bilməz, bu mümkün deyil.
Ona görə də, seçilmişlərin təyin edilmişlər üzərində üstünlüyü bərqərar edilməlidir.
Prezident sonra dedi ki, biznesmenlər pulu burda qazanıb xaricdə yatırırlar - olmaz belə, ilk gərək öz ölkəsinə sərmayə qoysunlar. Amma əvvəldə də dedi ki, ölkədə əla biznes mühit var - varsa, niyə xaricə sərmayə qoyurlar, yoxdursa o mühit, niyə yaradılmır?!
Bir daha: Bu gün iqtidadiyyatda baş verən problemlərin həlli artıq iqtisadi müstəvini aşıb, problemlərin həlli idarəetmə fəlsəfəsinin dəyişməsindən, sistem islahatlarından, siyasi müstəvidən keçir...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.