Əvvala, Ramiz Mehdiyev özü də etiraf edir ki, ömrü boyu onu mədh edənləri səbrlə dinləyib.

25-08-2020, 15:47           
Əvvala, Ramiz Mehdiyev özü də etiraf edir ki, ömrü boyu onu mədh edənləri səbrlə dinləyib.
Rəhbərlik etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi internet səhifəsini mətbuata elmi nailiyyətlərə görə deyil, siyasət bağlı açıqlamalarına görə tanıdan Ramiz Mehdiyevin həmin saytdakı son yazısı (http://www.science.gov.az/news/open/14069) ziddiyyətli məqamları və konkret hədələri ilə əvvəlkilərdən fərqlənir.
Teref.az yazır ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyir.Daha sonra Qubad İbadoğlu yazır:
Diqqət edin.
1) Ramiz Mehdiyev yazır ki, "məhkəmənin mənim kürəkənim haqqında verdiyi qərarı da ədalətli hesab edirəm. Məclisdə iştirak etmiş digər qonaqların barəsində görülmüş inzibati cəza tədbirləri də qanunlara müvafiqdir". Çox gözəl, bəs onda özü nədən cəza tədbirlərindən kənarda qalıb, axı Ramiz Mehdiyev orda nəinki iştirakçı, həm də təşkilatçı olub, toya dəvətlilərin siyahısını da özü müəyyənləşdirib, dəvəti qəbul edib gələnlər də onun başına yığışıb. Onda o hansı üstünlüyünə görə qanunun müəyyənləşdirdiyi hüquqi məsuliyyətdən kənarda qalır.
2) Ramiz Mehdiyev son yazısında jurnalistləri və millət vəkillərin qınayır. O yazır ki, “dünən məni mədh edənlərin bu gün məni tənqid etməsinə eyni səbrlə qulaq asmağa hazıram.
Ancaq həmin şəxslər unutmasınlar ki, cənab Prezidentin qanunun aliliyi uğrunda apardığı mübarizə onlar üçün də keçərlidir və hər kəs qanunun sərt üzü ilə mütləq üzləşəcək. Həmçinin bu şəxslərə tövsiyə edərdim ki, başqasına daş atarkən ayna qarşısına keçib özlərinə yaxşı-yaxşı baxsınlar.
Sual versinlər ki, onların özləri digərlərini tənqid edəcək qədər təmiz mənəviyyat sahibləridirmi? Onların ətrafdakılara əxlaq dərsi keçməyə mənəvi haqları çatırmı? Əgər biz doğrudan da şəffaflıq uğrunda mübarizəyə başlamışıqsa, o zaman natəmizləri məhz dürüst insanların tənqid etməsi daha ədalətli olardı. Nadürüstlərin xalqa mənəviyyat dərsi keçməsi insanlarda ancaq ikrah hissi doğura bilər. Bunu unutmasınlar!”
Burda diqqətinizi bir neçə məqama çəkmək istərdim.
Əvvala, Ramiz Mehdiyev özü də etiraf edir ki, ömrü boyu onu məhd edənləri səbrlə dinləyib. Bu fikirdən belə çıxır ki, o heç vaxt yaltaqlara dur deməyib. İndi də onu tənqid edənlər əsasən həmin yaltaqlardır.
İkincisi, təkrar vurğulayır ki, qanunun aliliyi uğrunda apardığı mübarizə onlar üçün də keçərlidir, bəs, onda nədən özü qanunu pozduğuna görə cəzasını istəmir?
Üçüncüsü, bu yazıda hədə vardır, Ramiz Mehdiyev onu tənqid edənləri hədələyərək, qanunun sərt üzü ilə mütləq üzləşəcəksiniz deyə xəbərdarlıq edir. Digər tərəfdən də onlara mənəviyyat dərsi keçir, onları nadürüst və natəmiz adlandırır.
Onlarla işim yoxdur, həqiqətən də Ramiz Mehdiyevi hazırda tənqid edənlər arasından belələri çoxdur. Amma yenə də sual yaranır ki, Ramiz Mehdiyev özü hansı hərəkəti ilə təmizlik və dürüstlük nümunəsi olub ki, indi də ədalət axtarır. Məgər, Ramiz Mehdiyev idarəçilyi ölkəni hazırkı fəlakətli duruma gətirib çıxarmayıb ki?
Yekunda onu qeyd edim ki, istənilən halda bütün baş verənlərə görə məsuliyyəti İlham Əliyev daşıyır. Bugün, İlham Əliyev məhz həmin məsuliyyətdən çıxış edərək, Ramiz Mehdiyevi cəzalandırmalıdır.
Əks tədqirdə, qanunun aliliyindən danışmağa onun haqqı çatmayacaq.
Qubad İnadoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.