"Bravo" supermarketində endirimdə olan malların vitrindəki qiymətlərinin kassada vurulan qiymətlərlə üst üstə düşmür...- ŞİKAYƏT/FOTO

26-08-2020, 03:13           
"Bravo" supermarketində endirimdə olan malların vitrindəki qiymətlərinin kassada vurulan qiymətlərlə üst üstə düşmür...- ŞİKAYƏT/FOTO
Teref.az xəbər verir ki,əvvəllər supermarketlərə nümunə olan "Bravo" supermarketlər şəbəkəsindən şikayətlər çoxalıb. Əsas şikayətlər isə endirimdə olan malların vitrindəki qiymətlərinin kassada vurulan qiymətlərlə üst üstə düşməməsindəndir. Sosial şəbəkə istifadəçisi Fərman Məmmədli (Ferman Memmedli) belə halla üzləşdiyini qeyd edir. Fərman Məmmədli şikayətində yazır:

"Şikayətim Bravo Azs mağazalar şəbəkələrindəndir.. Deməli vitrində olan məhsulların qiyməti ilə (ən çoxda endirim yazdıqları) kassirdə çəxan çekdə olan qiymətlə uyğun gəlmir bu gün 3 alış verişimdə subut etdim onlara günahı atdılar bir birilərinin üzərinə!
Demək istədiyim budur ki ay insafsızlar elə insanlarımız var imkansızdı pulu azdı ve girir #Bravo ya vitrində 2.25azn görür (cibinə uyğun) kassir ə yaxınlaşın pulun ödəyəndə orda 2.55 azn çıxır oda orda utanır ala bilmir!"

"Özünüzü mənfəətinizi düşündüyünüz qədər bu kasıb millətidə düşünün göz görə-görə soymayın bizləri! İnanın mən orda qəpiyin söhbətin etmirəm sadəcə olaraq düzgünlük olsun haramçılıq etməyin böyük alış veriş edənlər fikir verməyə bilər çeklərə amma bir nəzər yetirsəniz görəcəysiz...
Ps. Məsələn: -Şəkildə gördüyünüz çekdə olan “Kilka balığı” vitrində 1.44” amma çekdə bu çıxdı.."
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.