İşə düzəltmə adı altında fəaliyyət göstərən şəbəkərdən özünüzü gözləyin - ŞİKAYƏT/FOTO

26-08-2020, 00:40           
İşə düzəltmə adı altında fəaliyyət göstərən şəbəkərdən özünüzü gözləyin - ŞİKAYƏT/FOTO
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Sabina Bakuvi işədüzəltmə adı ilə fəaliyət göstərən fırldaqçı şəbəkədən şikayətçidir. Sabina Bakuvi yazır:
"Mənim şikayətim bu dələduzlarla bağlıdır.
Valideynim iş axtarərdı və bunların nömrəsini göndərdi bir tanışımız. Zəng vuruduq işlə bağlı və elə ilk sualımız siz işədüzəltməsiniz? Oldu. Dedilər yoox nə danışırsız? Bizə filan işlə bağlı işçi lazımdır gəlin,sizi o işlə tanış edəcəyik.
Və biz valideynimlə getdik bunların "ofisinə" onlar danışanda mən otaqda olmamışam,valideynimə Play Storedən öz proqramlarını yükləyib,11 AZN alıb,sizə 1 həftə ərzində iş tapacayıq-filan deyib göndərirdilər.Giridm otağa ki,bəs siz axı dediniz işlə tanışlıq,bəs işədüzəltmə fiıan deyilik,dedilər yoxee bu rüsumu almalıyıq biz dövlət nə bilim nəyiyik. "

"Əl qərəz valideynim qoymadı sözümü deməyə və getdik. Üstündən artıq günlər keçib amma səs soraq yoxdur,zəng vururuq götürmüllər. Burada söhbət puldan getmir və saire deməyəcəm çünki,ölkənin vəziyyəti və iş yerlərinin də vəziyyəti bəllidir.
Burada söhbət həm puldan həm də ki,kimisə savadsız gördükdə, diplomsuz gördükdə o insanı aldatmaqdan gedir...
Yəqin ki,polisə şikayət edəcəm və sizlər və yaxınlarınız da əgər görsə aldanmayın onlara. Nömrələrini də yazardım amma tez-tez dəyişirlər deyə bunun bir faydası olacağını düşünmürəm..."
Teref.az yazır ki, qarşı tərəfin möveyini dinlməyə hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.