Mühacir və müxalifətinizdən sizə söykəncək olmaz Ramiz müəlllim...
26-08-2020, 09:23
![Mühacir və müxalifətinizdən sizə söykəncək olmaz Ramiz müəlllim...](/uploads/posts/2020-08/1598419455_1.jpg)
AMEA prezidenti Ramiz Mehtiyev hər kəsi qarşısına alan ikinci və daha sərt açıqlama ilə çıxış edib. Hədəfindəki adlardan ibarət konkret siyahı açıqlayıb. Amma məsələ bununla bitmir.
Azərbaycan dövləti Rusiya ilə təhdid olundu:
- "Belə çirkin oyunların alətinə çevrilənlər nəzərə alsınlar ki, onlar öz çıxışlarında tez-tez Rusiyanın adını hallandırmaqla ilk növbədə müstəqil dövlətimiz üçün ciddi problemlər yaradırlar. Onlar faktiki olaraq Rusiyanı ölkəmizin idarəetmə strukturlarında böyük casus şəbəkəsi formalaşdırmaqda ittiham edir, bununla da Moskvadakı bəzi maraqlı dairələrə Azərbaycanı təxribata çəkməyə bəhanə verirlər. Belə məsuliyyətsiz və təhlükəli oyunlardan çəkinmək lazımdır. Öz xalqının gələcəyini, vətəninin sabitliyini və rifahını düşünən heç bir azərbaycanlı belə işlərə qol qoymamalıdır. Hər kəs verdiyi bəyanatın məna tutumu, onun yaradacağı effekt və doğuracağı təhlükəli problemlər haqqında düşünməlidir. Xüsusilə də Azərbaycanın yerləşdiyi bölgənin geosiyasi həssaslığını nəzərə alsaq, ölkəmizdə verilən bütün siyasi bəyanatlar yüz ölçülüb bir biçilməlidir"...
Müxalifət tərifləndi:
- "Müxalifətin bir siması var". (Bu arada Milli Şurada akademikin kadrı olması barədə söhbətlər dolaşan Gültəkin Hacıbəyli, onun kürəkəni və qudasının qolu qandallı məhkəmə qarşısına çıxarılmasına qarşı çıxıb-red). Yəni bu tərif təaadüf sayılmaz.
-Siyasətçilər və media simaları, məhkəmə, həbslərlı, təhdid olunur. Sirr deyil, məhkəmə hüquq sistemində yetərincə akademiksevərlər mövcuddur. Hətta kürəkənə və qudaya cəza kəsən hakimin də bu kateqoriyadan olduğu barədə məlumatlar var. Yəni cəza kəsmək təsadüfən hakim xanıma həvalə olunmayıb. O da akademiksevərdir.
***
Gələk AzerFreedom, Qurban Məmmədova canlı efir oyununa. Qurban bəy, oyunları ilə məhşur olan biridir. "Ramiz Mehtiyev canlı yayında olacaq" anonsu verdi. Insanları qıcıqlandırdı, ələ saldı.Akademiki müdafiə elədi. Q.Məmmədovu yaxşı tanıyan biri kimi, sosial mediada, bu anonsdan qıcıqlanmış insanlara, "hirslənməyin, bir də gördünüz heç çıxmadı" sosial şəbəkə statusuyla onun R.Mehtiyevin efirə çıxmayacayını anons etməsi arasında cəmi üç dəqiqə interval oldu.
Əslində nə baş verdi. Özünün də dediyi kimi gecə yatmayıb, planlar müzakirə edən Q.Məmmədov, aşkar cinahını açıqladı. Akademiki müdafiə elədi. Ona işlədiyi barədə deyilənləri mövqeyi ilə isbatladı. Sonrakı oyunbaz tənqidi və ölkə başçısına efir təklifi isə gülməli göründü.
diqqət edək, Q.Məmmədov daha nə etdi Ramiz Mehtiyev üçün?
-Bir nazirin erməni kökənli olması barədə dəqiqləşdirilməmiş xəbəri tirajladı.
-Söyüş mediası fəallarından, həbs edilib Bakıya gətirilmiş Elvin adlı birinin səsini efirə təkrar çıxarmaqla, Azərbaycanda başqa bir cinaha çalışan, Qənimət Zahidi hədəf etdi.
-Prezidendən incik olsa da onu tərəfində olduğunu göstərməyə çalışdı. Bu hələ də köməyə olan ümid kimi də anlaşıla bilər.
Yəni Q.Məmmədov, R.Mehtiyevin indi düşdüyü duruma səbəbkar olan cinahlara hucum ediləcəyi barədə ictimaiətə mesajlar verdi. O, bir nazirin yaxın çevrəsindən, Qənimət Zahidin himayəçilərindən, nə qədər hədəf etmədiyini dilə gətirsə də, gizlədə bilmədiyi dövlət başçısınndan şübhəlidir.
Üstəlik, dövlətə hədə-qorxu gəlir ki, lazım gələrsə mühacir tv-lərin edirinə də çıxar.
Düzü 83 yaşlı R.Mehtiyev, ölkədə hər kəsə özü də təkbaşına meydan oxuyur. Hamı bir, o tək.
Yeri gəlmişkən, indi çoxu maraqla bu AMEA, Təhlükəsizlik Şurası, Əfv Komissiyası, YAP Siyasi Şurası, FHN və BDU-dan da R.Mehtiyev və ailəsinə dair xəbərlər gözləyir.
Bu arada R.Mehtiyevi təkcə AzerFredoom müdafiə etmədi. Eyni xətti Osmanqızı Tv tutub. Yəni, Mili Şuranın AzTV-si. Bundan başqa "Azad söz" mühacir media quruluşu da eyni mövqeliliyini hiss etdirir. Onlar ölkədə klanların açıq savaşının başlamasını tirajlayır. Bu mühacir TV-lərin Azərbaycandan himayə olunması və himayədarın aydın görünməsi də şübhə doğurmur artıq. Qaldı niyə iki daş arasında Qənimət Zahid "vuruldu". Onun hakimiyyərin digər qanadına həm də Milli Şura içərisində xidmət göstərdiyi barədə söhbətlər var idi. Q.Məmmədov və akademik, o cinaha sadəcə deşifrə edilə biləcəyini anons etdi.
Maraqlı bir detal daha. Bəlli olaylardan bir neçə gün öncə ölkəni tərk edən Prezidentinin sabiq köməkçisi Əli Həsənov. Onun məlum toyda iştirak etməmək üçün Türkiyəyə yollanması istisna deyil. Ürəyində qəfildən ciddi probleminin olması (əməliyyat keçirdiyi sirr deyil-red), Ə.Həsənovu çox ciddi bir məsələdə qorudu. Eyni zamanda Ə.Həsənov bu olayların hansısa qatında ola bilər. Nələrdənsə mütləq xəbərdardır. Türkiyədə görüşlər keçirməmiş deyil. Qısacası, həmişəki kimi təcrübəsi, onun qıvraq "oyunçu" olduğunu göstərdi.
...Qarşıdakı günlərdə daha nələrin olacağı hələlik bəlli deyil. Bəlli olan bir bu ki, uzun müddət xəbər lentləri sürətlə təzələnəcək. Amma bu da dəqiqdir, ölkədə təhlükəli mənzərə yaranıb. Özündən muğayat ol MƏMLƏKƏT!
26.08.2020
Jalə Mütəllimova