Gömrükdəki sərtləşmənin sadə izahı - bir şalvar özünə, 3 şalvar da gömrükbaşı Səfər Mehdiyevə alırsan

26-08-2020, 17:13           
Gömrükdəki sərtləşmənin sadə izahı - bir şalvar özünə, 3 şalvar da gömrükbaşı Səfər Mehdiyevə alırsan
Teref.az xəbər verir ki, bu gün ən çox müzakirə edilən DGK-nin məlum yeni qərarıdır. Saytımız bir iqtisadçı, politoloqun fikirləörini dərc edib. Növbəti fikir isə Həbib Müntəzirə məxsusdur.Həbib bəy sarkazmla yazır:
Elə bil ki, Türkiyədən 10 dollara, yəni 17 manata iki şalvar sifariş verdin və adına ay ərzində iki fərqli bağlamada gəldi.
Teref.az xəbər verir ki, bunu Həbib Müntəzir öz faceebok səhifəsində yazıb. daha sonra Həbib Müntəzir yazır:
Birinci bağlamaya rüsum yoxdur. İkinci bağlama üçün bağlama dəyərinin 36% gömrük rüsumu, 30 manat əməliyyat haqqı, 5 manat bəyannamə ödənişi, qaimənin anbara verilməsi üçün 15 manat giriş haqqı, 48 saatdan sonra bağlamanın anbarda qaldığı hər gün üçün 1 avro saxlanma xərci ödəməlisən. Yəni 17 manatlıq şalvara əlavə olaraq 56 manat xərcin çıxır. Elə bil, bir şalvar özünə, 3 şalvar da gömrükbaşı Səfər Mehdiyevə alırsan.
Teref.az olaraq ümid etməsək belə yenədə, Gömrük Komitəsinin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.