Ekspert DGK-nə cavab verdi: " İqtisadiyyatı, terminləri necə “bildiyiniz” elə bu açıqlamadan üzə çıxır..."

27-08-2020, 00:07           
Ekspert DGK-nə cavab verdi:
Gömrük Komitəsinin rəhbəri, güya, bizə cavab verir, deyir ki, “bizim ekspertlərin fikrinə ehtiyacımız yoxdur”. Düz deyir də, onların ekspertlərin fikrinə nə ehtiyacı olacaq?! Nə başa düşürlər ki, elm nədir, iqtisadiyyat nədir, bildikləri cib “qırxmaqdır”, oliqarxlara, məmurlara, inhisarçılara dəstək olmaqdır.
Teref.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli yazır. Daha sonra Natiq Cəfərli yazır:
Görün DGK rəsmi açıqlamasında nə deyir, sitat: “Birmənalı vurğulamaq istərdik ki, bu qərar məhz bəzi inhisarçı qruplarının əməllərinin qarşısını almağa yönəlib. Onların sosial şəbəkələrdə yaratdığı narazılıq başa düşüləndir”.

Gedin özünüzü dolayın, bu qədər də olmaz axı, deməli, 1000 dollarlıq mal gətirən inhisarçılar idi? İndi 300 dollara saldınız ki, inhisarçılara zərbə vurasız?! Adamda bir az abr-həya olar da, fiziki şəxs ayda 1 dəfə cəmi 1000 dollarlıq mal gətirirdisə, bu necə inhisarçı ola bilər?! İqtisadiyyatı, terminləri necə “bildiyiniz” elə bu açıqlamadan üzə çıxır...
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru