Şəki İcra Hakimiyyətinin müəmmalı "Abadlıq Təmir Təmizlik" MMC " sevgisi"- 10 manata yaradılan şirkət ,2 İLDİR ABADLIQ TENDERLƏRİNİ UDUR

3-09-2020, 11:18           
Şəki İcra Hakimiyyətinin müəmmalı "Abadlıq Təmir Təmizlik" MMC " sevgisi"-
Şəki şəhər İcra Hakimiyyəti tenderinin qalibini açıqlayıb.

Teref.az xəbər verir ki, tenderin qalibi "Abadlıq Təmir Təmizlik" MMC olub.

İcra hakimiyyəti 2020-ci ildə Şəki şəhərində görüləcək (büdcədənkənar vəsait hesabına) abadlıq işlərinin satınalınması üçün şirkətə 566 min 583 manat ödəyəcək.


Qeyd edək ki, "Abadlıq Təmir Təmizlik" MMC 5 fevral 2019-cu ildə 10 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Hafiz Əfəndizadə Amil oğludur.


Dövlət satınalma saytına görə, "Abadlıq Təmir Təmizlik" MMC-nin indiyədək qazandığı hər 3 tender Şəki İcra Hakimiyyətinə aiddir.

Belə ki, "Abadlıq Təmir Təmizlik" MMC Şəki İcra Hakimiyyətinin 6 iyul 2020-ci il tarixində 421 min 314 manatlıq “Şəki Şəhərində abadlıq işləri” tenderini və qeydiyyata alındığı gündən 3 gün sonra yəni, 8 fevral 2019-cu il tarixində 284 min 648 manatlıq “Abadlıq , yolların və mənzil fondunun əsaslı təmiri işləri” tenderini qazanıb.

Şəki İcra Hakimiyyəti "Abadlıq Təmir Təmizlik" MMC-yə 3 tender üçün 1 milyon 272 min 545 manat ödəyib.fed.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru