Nazirlər Kabinetini qərarları ilə liberal iqtisadiyyat kökündən zidd yanaşmadır - EKSPERT

3-09-2020, 15:29           
Nazirlər Kabinetini qərarları ilə liberal iqtisadiyyat kökündən zidd yanaşmadır - EKSPERT
Prezident son çıxışlarının birində iqtisadiyyatın liberallaşdırılacağından və dövlət əmlakının özəlləşdirilməsindən, xarici investorların ölkəyə cəlb edilməsindən danışdı. Sonra Nazirlər Kabinetinin vətəndaşların xaricdən mal sifarişi ilə bağlı anti-liberal qərarı çıxdı, ardınca da BNA-nın taksi xidmətini dövlət nəzarətinə alma ehtimalı ilə bağlı absurd açıqlamaları yayıldı – bu məsələ də liberal iqtisadiyyata kökündən zidd yanaşmadır.
Teref.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli bunu deyib. Daha sonra Natiq deyir:
Bu gün isə Tafiq Yaqublu ilə bağlı hökm oxundu, işin siyasi sifariş olduğu, absurd ittihamlarla iş tikildiyi bir qırağa, bu işə bir xarici investorların pəncərəsindən də baxmaq lazımdı.
Bu iş xarici mətbuatda da geniş işıqlandırılıb, bu gün də xəbər olacaq, indi təsəvvür edin ki, potensial xarici incestor, Qans, Mişel, Con bu xəbəri oxuyur, detalları öyrənir və görür ki, Azərbaycanda hüquq-mühafizə orqanları istənilən şəxsə iş tikə, ancaq üzədüran şahid ifadələri ilə günahsız insanı zindana ata bilirlər.
Bundan öncə də onlarla belə “keyslərin” olduğunu bilən Qans, Mişel, Con niyə Azərbaycana pul yatırsın ki?! İnvestor həmən düşünəcək ki, tutalım, Azərbaycanda uğurlu biznes qurdu, böyütdü, yaxşı qazandı, sonra məmur tayfasından (hə-hə, özləri də etiraf edir ki, tayfadılar) biri gəlir investorun yanına ki, bizim torpaqlarda pul qazanırsan, amma bizlə bölüşmürsən, olmaz belə, 50%-i hər ay gətirib bizə verməlisən.
Con müəllim də deyir ki,
-xeyir ola e, mən vergilərimi verirəm, tam qanuni işləyirəm, bu zaman tayfadan biri gülür, cavab verir ki, ay hərif (bura gələn adam hərif olmalıdı da) vergini zadı boş ver e, sən indi burdan çıxacaqsan, maşında getdiyin yerdə bir nəfər kapotun üstünə düşəcək, 30 saniyədən sonra bizim tayfanın rütbəli uşaqları peyda olacaq, tayfadan 15 nəfər də şahid üzünə duracaq, səni aparacağıq “podvala”, sonra məhkəmə sənə 5 il iş verəcək – necədi?! Ya da adam ol, 50% hər ay gətir çatdır bizə.

Yəni, Tofiq Yaqublu işi (ümumiyyətlə, siyasi işlər) ölkənin tək imicinə deyil də, iqtisadiyyatına da zərbə vurur, bunu anlamaq, məhkəmə sistemini ədalət relsinə otuzdurmaq lazımdı. Xarici investorlar “lox, və ya sağmal inək” deyil, azad, ədələtli məhkəmə olmayan ölkəyə qara qəpik də yatırmazlar...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.