10,6 manata yaradılan şirkət İcra Hakimiyyətlərinin tenderlərindən - 6 AYA 9,2 MİLYON MANAT QAZANIB

4-09-2020, 00:04           
10,6 manata yaradılan şirkət İcra Hakimiyyətlərinin tenderlərindən -
"ƏRDAGI" MMC 2020-ci ilin aprel-senytabr aylarında ümumilikdə 9 milyon 218 min 722 manatlıq 7 tender qazanıb.

FED.az xəbər verir ki, MMC-nin qazandığı tenderlər Goranboy, Göygöl, Gəncə və Samux İcra Hakimiyyətinin elan etdiyi küçə təmiri və abadlıq tenderləridir.

Gəncə İcra Hakimiyyəti 2 tender üçün şirkətə 7 milyon 145 min 560 manat ödəyib. Tenderlərin adları və məbləğləri aşağıdakı kimidir:

“Gəncə şəhərində abadlıq-quruculuq işlərinin satın alınması” – 3 milyon 174 min 710 manat; (6 iyun 2020) “Gəncə şəhərində yolların təmiri işlərinin satın alınması” – 3 milyon 970 min 850 manat; (15 aprel 2020)

Goranboy İcra Hakimiyyəti 3 tender üçün şirkətə 830 min 78 manat ödəyib. Tenderlərin adları və məbləğləri aşağıdakı kimidir.

“Goranboy şəhərində küçələrin asfalt-beton örtüyünün təmiri işlərinin satın alınması” – 458 min 925 manat; (1 sentyabr 2020) “Goranboy şəhər küçələrində səkilərin bərpası və işıqlandırma sistemlərinin quraşdırılması” – 217 365 manat; (1 sentyabr 2020) “Goranboy şəhərində abadlıq işləri” – 153 788 manat; (18 iyun 2020)

Göygöl İcra Hakimiyyəti 1 tender üçün şirkətə 859 min 425 manat ödəyib. Tenderin adı və məbləği aşağıdakı kimidir.

“Göygöl şəhərinin D.Qorqud, Niyazi və S.Bəhlulzadə küçələrində yolların əsaslı təmiri” – 859 min 425 manat; (23 may 2020)

Samux İcra Hakimiyyəti 1 tender üçün şirkətə 859 min 425 manat ödəyib. Tenderin adı və məbləği aşağıdakı kimidir.

Samux şəhəri daxilində yol və küçələrin təmiri” – 383 min 659 manat; (3 sentyabr 2020)

Qeyd edək ki, “ƏRDAGI” MMC 1992-ci ildə, 10,6 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Nazim Məmmədov Fuad oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru