Bu qadağa qüvvədə qaldı - DİQQƏT!

5-09-2020, 00:07           
Bu qadağa qüvvədə qaldı - DİQQƏT!
Ölkənin şəhər və rayonlarından sərt karantin rejiminin mövcud olduğu Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması qərarı qüvvədə qalır.

Teref.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 16 may tarixli qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

İndiyə qədər xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılmışdı. Beləliklə, fərdi avtomobillərlə Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxışa icazə verilsə də, ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması qüvvədə qalır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.