SAB kolabasasından milçək çıxdı, şikayətə AQTA-dan 1 aydı cavab yoxdur- İTTİHAM/FOTO
7-09-2020, 05:32

Teref.az xəbər verir ki, sosial şəbəkə fəali Orxan Hüsynli SAB kolbasasının içindən milçək çıxdığı barədə status paylaşıb. Orxan Hüseynlinin statusunu təqdim edirik:
"DİQQƏTLİ OLUN. Bravo marketdən doğradaraq SAB kolbasası aldım. Evə gəldim uşaq dedi ata kolbasanın içində nəsə var, diqqətlə baxdım ki, milçəkdir.Ürəyimiz ağzımıza gəldi, Allahdan uşaqlar diqqətlidir ki yeməyib. Marketə şikayət etdim, istehsalçı firma gəlsin cavab versin dedim. 2 aydı SAB firmasının heç vecinə deyil, heç bir məsul şəxs cavabdehlik daşımır. "

"Telefonlarına heç bir halda cavab verilmir. Zaman itirmədən Qida Təhlükəsizlik Agentliyinə bildirdim. Dedilər araşdırılıb cavab veriləcək. 2 aydan çoxdur, heç bir formada cavab verilməyib dəfələrlə zəng etmişəm deyirlər cavab veriləcək. Halbuki qanunvericiliyə əsasən 15 gün zəruri halda 30 gün ərzində vətəndaşın müraciətinə cavab verilməlidi. Ama maraqları nədirsə, işi fırlayıb dururlar. Eləcədə marketin çağrı mərkəzi heç bir nəticəyə gətirmədi. Həqiqətən dəhşətə gəlirəm. Gündəlik kolbasanın içərisində milçək çıxıbsa əslində bütün cavabdehlər ələ ayağa düşməlidirlər. Ama bunlar o qədər rahatdırlar ki, heç işlə maraqlanmırlar belə. Mən heçkimin haqqına girməyim deyə bu qədər müddət gözlədim ki,bəlkə sivil formada açıqlama verilər və üzrxahlıq edilər. Ama olmadı.Ona görə qoy hamı bu hadisədən xəbərdar olsun ki, sizdə mənim kimi kolbasada sürpriz həşəratla qarşılaşa bilərsiz."
Teref.az olaraq yuxarıda qaldırılan iddialara AQTA və SAB şirkətindin cavab haqqını tanıyırıq!
Teref.az



