Keçmiş müstəntiq Rüfət Səfərovdan Vətən müharibəsini ələ saldı - SCRİN
23-10-2020, 09:02

Zərdab rayon prokurorluğunun eks müstəntiqi Rüfət Səfərov Facebookdakı profilində vətən müharibəsi ideologiyasının ziddinə hesab oluna biləcək bir status yazıb. O statusda indiki rejimlə, prezidentlə olan narazılığını qabardıb, az qala təxribat sayıla biləcək mətnlə çıxış edib.
Musavat.com həmin statusun screenini təqdim edir və ona görə məzmununu yazmaqla vaxtınızı almır. Amma indi ölkə hər kəs Vətən müharibəsinə kilidlənib, ölkə şəhidlər verir, Ordumuz yeni-yeni əraziləri, torpaqları işğaldan azad edir... Belə bir zamanda tanınmış bir virtual fəalın (indiki statusu belədir) bu cür çıxışlar etməsi heyrət doğurur.

Ya bunu qəsdən edir, ya da ki, hesab olunur ki, içkili vəziyyətdədir. Çünki normal bir adam, normal bir azərbaycanlı indiki halda hər hansı bir incikliyi, siyasi iddianı, təxribat xarakterli sayılacaq, birliyə, bərabərliyə zərər gətirə biləcək məqamı qabartmazdı.
Onun profilində Ali Baş komandanın məlum tvitləri yoxdur, ərazilərimizin işğaldan azad edilməsi haqqında bu gün bir cümlə də yazmayıb, əvəzində isə Facebook səhifəsi sataşmalar, kinli paylaşımlar, siyasi sancmalarla və Prezidenti hədəfə alan mətnlərlə doludur.
Musavat.com diqqəti bir fakta cəlb edir: Son iki gündə xarici kəşfiyyat qurumları ilə əlaqələri şübhə doğuran media qurumları, ictimai -siyasi fəallar, xaricdə fəaliyyət göstərən, mühacir mediası adlandırıla biləcək media qurumlarının nümayəndələri qəribə bir şəkildə, eyni yerdən komanda alırmışcasına fəallaşmağa başlayıblar.
Onlar təxminən 21-22 gün ərzində demək olar ki, susmuşdular və Prezidentin əleyhinə heç nə yazmır, danışmırdılar. Lakin cəbhədə ermənilərin vəziyyəti geridönməz şəkildə pisləşən kimi Azərbaycanda, eləcə də xaricdə fəaliyyət göstərən bu cür şəxslər sanki erməninin xeyrinə ayağa qalxmağa başladılar.


Bunlardan biri də siyasi fəal, bir müddət əvvəl azadlığa buraxılmış Qiyas İbrahimdir. Paylaşılan screenlərdən də göründüyü kimi, o çəkinmədən ermənilərə Azərbaycanla necə döyüşmək lazım gəldiyi haqda strateji məsləhət verir, başa salır ki, “Əliyevin əl-qolunu bağlamaq” və Azərbaycanı danışqlara məcbur etmək üçün necə davranmaq lazımdır.
Daha bir məqam. Hərbi sənayemiz özlərinin istehsal etdiyi PUA-lara "İTİ QOVAN" adı qoyub. Bəllidir ki, söhbət bizim torpaqları 30 il işğalda saxlayan separtçı quldur dəstəsinin terrorçu rəhbərliyinin ünvanına deyilmiş sözlərdir. Bu ada isə jurnalist Xədicə İsmayıl etiraz edir və etik qaydaların pozulduğunu deyir.
Xanımın məntiqinə görə, bizim dövlət Gəncədə dinc əhaliyə, 2 yaşlı körpələrə qarşı terror törədən, 30 min azərbaycanlını qətlə yetirən vəhşi erməni hərbçilərinə münasibətdə etik olmalı imiş. Həmrəylikdən danışır sonra da. Tənqid edir prezidenti, bu ərəfədə müxalifətin adını çəkdiyi üçün. Soruşuruq: həmrəylik bəyanatına imzanı öncə kim atmayıb?

Sözügedən iki partiya – AXCP və Müsavat. Nə etməliydi hökumət? Bu faktı unutmalıydı? Dilinə gətirməməliydi? Hamı sıx yumruq kimi birləşdiyi halda, iki partiya bir-birindən daha sərt görünmək yarışına, kompleksinə girmək üçün bəyanat imzalamayacaq, hamı da bunu görməzdən gələcək? Yoxdu belə dünya!
Ya da Meydan TV. Onlar da bu dar macalda sülh göyərçinliyinə soyunublar. Qanad çırpırlar səmalarda, ermənilərə dəyməyin deyə. Bir tərəfdən özlərini guya “pasifist”, demokrat kimi qələmə verir, gerçəkdə isə Vətən müharibəmizə qarşı kampaniya aparırlar. Meydan TV-nin paylaşdığı hər 5 statusdan biri açıq -aydın şəkildə Ermənistana dəstək xarakterlidir.

Belələrindən biri də Gül Təkin adlı sosial media istifadəçisidir. Bakıdan fotosunu paylaşır və yazır ki, "...ermənilər ürəkdi..."
Bütün bunlar hamısı potensial və faktiki vətən xainləridir. Hesab edirik ki, təxirə salmadan bu gizli (bəzən də aşkar) erməni dəstəkçilərini müharibənin sonuna qədər təcrid şəraitində saxlamaq lazımdır.

Biz də cəmiyyət olaraq, bu adamları tanıyaq, unutmayaq, bu cür müqəddəs bir savaşın getdiyi günlərdə çıxartdıqları hoqqaları bir kənara yox, saytlarımıza yazaq! İctimailəşdirək! Feys hesablarında cavablarını verək! Ordan-burdan çırpışdırdıqları qrantların haqqını vermək üçün göstərdikləri oyunlar pozulsun...
...Hələ ki, biz Qarabağdan iti qovuruq, sıra onlara da gələcək!