2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Hiroşiması” adlandırıb.
20-11-2020, 08:10

70 yaşlı Ağdam rayonu 27 il illik istiladan sonra Azərbaycan ordusuna təhvil verilib. Bu, noyabrın 10-da imzalanan üçtərəfli bəyanat əsasında baş verib.
Teref.az yazır ki, bunu ADR sədri Qubad İbadoğlu deyir. daha sonra Qubad bəy yazır:
1993-cü ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri Ağdam rayonunun ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etmişdi. Rayon mərkəzi və kəndləri işğalda qaldığı dövrdə dağıdılmış və xarabalığa çevrilmişdi. "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Rayonun 204 min nəfər əhalisi var və onların əksəriyyəti respublikanın müxtəlif şəhər və rayonlarında məcburi köçkün kimi məskunlaşıb.
Ağdam Qarabağın giriş qapısı sayılır.
Ağdam 1-ci Qarabağ savaşında ən çox şəhidi olan rayondur.
Ağdam Xudu Məmmədov, Famil Mehdi, Rafiq Əliyev, Qədir Rüstəmov, Qurban Pirimov kimi nəhənglər yetişdirib.
Ağdam Allahverdi Bağırov, Asif Məhərrəmov, Şirin Mirzəyev, Raqub Orucov kimi igid oğulların vətənidir. Ruhları şad olsun!
2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Hiroşiması” adlandırıb.
2010-cu ildə “Əl-Cəzirə” Ağdamı “ruhlar şəhəri” siyahısına salıb.
2014-cü ildə, alman bəstəkarı və pianoçusu Hauschka fortepiano üçün yazılan "Ağdam" əsərini şəhərə həsr edib.
Ağdamın azad olunması münasibətilə ilk növbədə ağdamlı dostlarımıza və bütün Azərbaycan xalqına göz aydınlığı verirəm.
İnanıram ki, Ağdam tezliklə Qarabağın ən abad və dilbər güşələrindən birinə çevriləcək.
Teref.az