Ermənistan, Rusiya və Türkiyəylə, nə ALINDI?!..

20-11-2020, 08:47           
Ermənistan, Rusiya və Türkiyəylə, nə ALINDI?!..
Azərbaycanın Dağlıq Qarabağda başladığı Vətən müharibəsi ətrafında rəngarəng mübahisələr gedir. Narahatlar, harasa “pərəstlər”, şəhid ailələri, bir sözlə hamı narahatdır. Suallar çoxdur. O suallardan biri də bu ki, Azərbaycanın bu savaşda hədəflərinə çata bildimi? Yəni istədiyimiz alındımı? Baxaq.
Baş nazir Nikol Paşinyan varla yox arasındadır. Irəvan "silkələnir". Istefalar etirazlar. Türkiyə hərbi əməliyyatlar sonrası da Azərbaycanın strategi müttəfiqi olaraq qalmalıydı. Və sülhü məramı bəlli, Rusiya hərbçiləri ilə eyni hüquqa sahib olsun. Rusiya isə doxsanlardan fərqli olaraq, bu situasiyada qonşu kimi qalsın, ALINDI!
Dünyanın Azərbaycanda törətməyə çalışdığı ixtişaşlar, İrəvanda başlasın. Rusiya bu məsələdə tərəf olsa belə bunu istədiyi qədər ifadə edə bilməsin. Azərbaycanın uğurlarını ermənilərin öz adamları müzakirəyə çıxarmağa məcbur qalsın, ALINDI!
Ermənistan hakimiyyəti və xalqı münasibətlərində uçurum yaransın. Xalq siyasi hakimiyyətə qarşı sərt bəyanatlar səsləndirsin. Türkiyə xalqı Azərbaycanla həmrəy olsun. Rusiya ictimai rəyində erməni antipatiyası yaransın. Bu Rusiya hökumətinin, dövlətin duyacağı həddə çatsın. Azərbaycanda siyasi hakimiyyətlə, xalqın ittifaqı möhkəmlənsin. Ölkə müxalifəti, hətta radikal gücləri belə dövləti uğurlara inanıb, onu dəstəkləsin, ALINDI!
Ermənistanda, Dağlıq Qarabağ müharibəsindəki uğursuzluqdan dolayı, müxtəlif siyasi cinahlara işləyən, erməni rəsmiləri, demək olar bütün siyasi elita , ölkənin milli təhlükəsizlik xidməti tərəfindən nəzarətə götürülsün. Rusiya SOROSun Ermənistandakı “ailəsinə” təsir imkanlarına sahib olsun. Türkiyə bu sırada ATƏT-in Minsk qrupu üzvlüyünə əsas namizədlərdən biri kimi nüfuz qazansın. Minsk qrupunun reytinqi, əsas üzvlərdən biri, Fransa tərəfindən gözdən salınsın. Azərbaycan qalib kimi, qrupla bağlı istək və tələblərini açıq ifadə yox, artıq diqtə edə bilən, bu məsələlərdə diqtə edən dövlətə çevrilsin, ALINDI!
Ermənisdandan doxsanıncı illərdə minlərlə azərbaycanlı nəcə gəlmişdisə, Azərbaycandan, Dağlıq Qarabağdan da ernilər eyni cür çıxarılsın. Sadəcə.erməni vəhşiliyinə qarşı azərbaycanlı, türk humanizmi görsün dünya, bir az da utansın istəmişdik. Indi Ermənistan minlərlə qaçqını necə yerləşdirəcəyinə dair “baş sındırır”. Rusiya atəşkəs bəyanatından irəli gələn şərtlərin bir bəndinin də pozulmayacağına təkrarlayır, geridönüşə nə izn verir, nə Prezident Əliyevdən bu barədə xahiş edir. Hər şey zamanın axınına buraxılıb. Terrorçu erməni bu halda, rusun sülhünə də, məramına da silah doğruldur. Bu arada Türkiyə İğdıra, Turan qapısı Naxçıvana, yaxınlaşır. Azərbaycan Cənubi Qafqazda liderə çevrilir, ALINDI!
Ermənistanda hərbi və siyasi rəhbərlik bir-birini satqınlıqda ittiham edilir. Rusiyanın siyasi elitasında Ermənistanın büdcəsinə verilən dəstəyə görə etirazlar səslənir. Türkiyə bu mürəkkəb durumda, Azərbaycana istənilən dəstəyi verir və verməyə davam edəcəyini açıq bəyan edir. Ruslardan fərqli olaraq, türk xalqı da Ərdoğanın Azərbaycana bütün müstəvilərdə dəstəyinin arxasında dayanır. ALINDI!
Erməni anaları “müharibəyə göndərdiyimiz balalarımızı verin”, deyib itkinlərini axtarır. Azərbaycanda hər ana şəhid balasına “qanın vətənə halaldır” söyləyir. Şəhid balasının məzarını ziyarət edib “gözün aydın, torpaqlarımız alındı, qanın yerdə qalmadı balam” deyir. Türkiyə Azərbaycanı tutur, Rusiya udmağındadır. Azərbaycan Qarabağla bağlı doxsanlarda başına gətirilənlərin hər birini erməniya anbaan döyüş meydanında yaşadır. Həm də qardaşa qardaş, dosta dost, düşmənə, düşmən məsafəsində möhkəmlənir.
Ermənistan ermənilərin öz fikrincə Türkiyənin bir vilayəti olmağa yaxın durumdadır. Türkiyə Rusiyanın vacib müttəfiqi olur. Azərbaycan isə Ermənistan üzərində real və gözlənilməz qələbəsini təsdiqləyir.
Bir sözlə biz, bölgədə və regionda, arzulayıb, xəyal etdiyimiz Azərbaycanı qurmaqdayıq. Bu yol uğurlu olduğu qədər təhlükəli, az dostlu, çox düşmənlidir. Unutmaq olmaz, Cənibi Qafqazda güclü Azərbaycan indi xeyli səbəbdən çoxuna sərfəli deyil. Özünüzdən də dövlətdən muğayat olmaq məqamıdır!
Jalə Mütəllimova
18.11.2020.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.