Qubad İbadoğlu Qarbağa dəyən ziyanın dəqiqləşdirmək üçün müstəqil qiymətləndirici qrupu yaratmaq təşəbbüsünü irəli sürdü..
21-11-2020, 08:24

Ağdamdan yayımlanan kadrlar, Füzulidən "Euronews" kanalının reportajı, Cəbrayıldan görüntülər bir daha göstərdi ki, ermənilərin Azərbaycana bilərəkdən intiqam məqsədi ilə vurduqları ziyanların həcmi çox böyükdür. Hətta Misir ordusu Şimali Sinayda vəhşiliklər edib bu qədər bina yıxmamışdı, amma buna baxmayaraq Human Right Watch orda monitorinqlər aparıb, hesabatlar dərc etdi.
Teref.az xəbər verir ki, bunu ADR sədri Qubad İbadoğlu yazıb.
Daha sonra Qubad bəy yazır, Qarabağda ermənilər daşı-daş üstündə qoymayıb, qəbir daşlarından tutumuş binalara qədər hər şeyi yıxıblar, dağıdıblar. Hesab edirəm ki, onlardan bunun hesabını sormaq və təzminat istəmək lazımdır. Bunun üçün də ilk növbədə dəymiş ziyanın məbləğini bilməsk üçün müstəqil hesablamaların aparılması vacibdir. Çünki, adətən beynəlxalq məhkəmələr və insan haqlarının müdafiəsi təşkilatları hökümətin hesablamalarına inanmır, müstəqil mənbələrə istinad edirlər. Odur ki, iqtisadiyyat, statistika və ekonometrika sahəsində təhsil alan, tədqiqat aparan və dərs deyən gənclərdən ibarət müstəqil qiymətləndirici qrupu yaratmaq təşəbbüsünü irəli sürürəm. Özüm əvvəldən sonadək bu qrupda olacam. Kimlərsə bu tədqiqata və qiymətləndirmə işinə töhfə vermək qabliyyətində və marağındadırsa, xahiş edirəm ki, mənimlə əlaqə saxlasınlar. İşçi qrupunu formalaşdırmaq üçün Zoom müzakirəsi 25 noyabrda Bakı vaxtı ilə saat 22-də, Avropa vaxtı ilə 19-da, ABŞ vaxtı ilə (Eastern) saat 1 pm-ə planlaşdırılıb.
Xahiş edirəm ki, bu işin həcmini təsəvvür edən və özünün əvvəldən sonadək təmannasız olaraq bu işdə görənlər, ya şərh bölməsində, ya da şəxsi mesaj qutusunda yazsınlar. Vaxt itirmədən işə başlamaq və ən qısa zamanda hesablama aparıb, ortaya elmi metodlarla əsaslandırılmış rəqəmlər qoymaq lazımdır.
Xahiş edirəm ki, bu mesajı mümkün qədər çox qrupda paylaşın ki, uyğun şəxslərə çatsın.
Teref.az