Bayraqsız görüş... ... Və ya Paşenyanın xilası "əməliyyatı"...
21-11-2020, 17:46

Deyir, rus satqındır, ləyaqətsizdir, bizi türkə satdı...
Deyir, biz arnoidik, bütün dünya arnoid xalqınındır, bizi rus parçaladı, Ermənistan düzəltdi, öz məqsədləri üçün...
Deyir, erməni soyqırımını türklər tək törətməyib, rus da ona o vaxt kömək edib...Rusla terkün həmişə ermənilərlə bağlı gizli ittifaqı olub...
Deyir, doxsanlarda ermənilər Qarabağı öz gücünə döyüşdü, aldı, rus kim idi ki?..
Deyir, rus milləti əyyaş idi, biz onları dinə gətirmişik. Xaç çevirməyi rusa biz öyrətmişik, ermənilər...
Rusiyanın dövlət bayrağını Irəvan küçələrində yandırırlar. Maşınların arxasına bağlayıb sürüyürlər.
Dövlət büdcələrinə Rusiyadan vəsait gəlməsə, məhv olarlar. Üstəlik Rusiyanın onları Cənubi Qafqaza illər öncə yerləşdirməsinin səbəblərini, artıq azyaşlılar da bilir, özləri də...

Hələ Kəlbəcərdə dörd rusiyalı sülhməranlını qətlə yetirmələri lap yeni faktdır.
Indi də Rusiyanın yüksək çinlilərini Rusiya bayrağı olmayan zalda qarşılayır Ermənistan Prezidenti N.Paşenyan. Əslində buna Paşenyanın siyasi nufuzunu və canını qurtarmaq əməliyyatı da demək olar. O bayraqsız görüşə Rusiya tərəfindən cəzalandırılması prosesi yenicə bitən Paşenyan belə bir cəsarətdə özbaşına bulunmaz. Olar ki, bir azdan ermənilır özləri, yazar ki, fake idi, kimsə təəcüblənməz. Çünki biz bir siyasi oyunlar ustası və bir tarixi düşmənlə üzbəüzük.
***
Hə, bir də ola bilər ki, gizləndiyi məlum səfirlikdə rus bayrağı olmayıb və ya görüşmək olar, amma bayraqsız deyiblər. Bunlar da belə döyüşürlər, informasiya ilə, silahsız, görüşləri də bayraqsız...

***
Rus mediası isə indi belə yazır:
Rusiya nə zamana qədər dözəcək Ermənistanın bizi belə aşağılamasına. Axı kimdir bu haylar? Rus ictimai rəyi də eyni düşüncədədir.
***
Bizsə hər iki tərəfin bu münasibətindən indiki halda uğurla istifadə edib, plan cızıb qazanan tərəfik. Uğuruna xeyir, Azərbaycan!
Jalə Mütəllimova
21.11.2020.