Araik Arutunyan Moskvaya gedir, bizim XİN-liyi isə nədənsə susur- POLİTOLOQ..

26-11-2020, 00:24           
Araik Arutunyan Moskvaya gedir, bizim XİN-liyi isə nədənsə susur- POLİTOLOQ..
Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutunyanın Moskvaya səfəri “gizli” kimi qələmə verilir. Bu necə gizli səfərdir ki, Moskva hava limanında onun şəkli çəkilib və yayılıb, digər tərəfdən səfərdə onu müşayiət edənlərin kimliyi bəllidir. Əksinə, Araik Arutunyan bu səfərdən özü məmnun qalıb ki, Rusiyadakı müxtəlif strukturlar onu qəbul edib və fikirlərini dinləyiblər.
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir.
Daha sonra Elxan Şahinoğlu deyir ki, Araik Arutunyanın Ermənistanın baş naziri Nikol Paşinyandan şikayət etmək üçün Moskvaya getdiyi xəbəri də ağlabat deyil. Bunu erməni saytlarından biri yayıb. Ancaq bu dezinformasiya da ola bilər. Çünki, Araik Arutunyan Moskvadan İrəvana qayıdıb və Nikol Paşinyanın rəhbəri olduğu “Mənim addımım” partiyasının nümayəndələri ilə görüşüb.

Araik Arutunyanın kimdən şikayət edib etmədiyi məni az maraqlandırır. Məni əsas düşündürən məsələ Araik Arutunyanın hansı məqsədlə Moskvaya getməsi, kimlərlə görüşməsi və onlarla hansı məsələləri müzakirə etməsidir. Dağlıq Qarabağ separatçılarının lideri keçmiş illərdə beynəlxalq hüquqa zidd olaraq hansısa ölkəyə gedib kimlərləsə görüşəndə Azərbaycan Xarici İşlər Nazirliyi həmin ölkənin səfirini çağırar və ona etiraz notası təqdim edərdi. İndi isə separatçıların liderinin Moskvaya səfərinə etiraz edilmir. Bu gedişat davam edərsə, yaxın günlərdə Araik Arutunyanı Vaşinqona və Parisə də dəvət edəcəklər.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.