DTX-nın əməliyyatları nəticəsində ERMƏNİLƏR NECƏ ƏLƏ KEÇDİ? - Bəzi təfərrüatlar

16-12-2020, 10:42           
DTX-nın əməliyyatları nəticəsində ERMƏNİLƏR NECƏ ƏLƏ KEÇDİ? - Bəzi təfərrüatlar
Ermənistanın “Aravot” qəzetinin məlumatına görə, dünən Hadrut meşələrində Azərbaycan ordusuna 100-dən artıq erməni əsgəri əsir düşüb. Həmin əsirlərin Ermənistanın Şirak rayonundan olduğu bildirilir.

Şirakın şimaldan Gürcüstan, qərbdən Türkiyə ilə həmsərhəd olduğunu nəzərə alsaq, aydın olur ki, Hadrutda əsir götürülmüş bu adamların “meşələrdə azması” versiyası özünü doğrultmur.

Xatırladaq ki, ermənilər bu zamana qədər onların yerli sakin olduqları və Üçtərəfli Bəyanatdan sonra bölgəni tərk edərkən meşədə azdıqları iddiasını irəli sürürdülər. İndisə məlum olur ki, həmin “azmışlar” yerli sakinlər deyil və yaşları da çağırış yaşından xeyli çoxdur. Belə çıxır ki, onlar Azərbaycan ərazilərində təxribatlar və terror hadisələri törətmək üçün Şirakdan 100 km.-lərlə məsafə qət edib Hadruta gəliblər. Yəni sözün əsl mənasında ağır hərbi cinayətə əl atıblar.



Erməni tərəfinin bildirdiyinə görə, terrorçular meşələrdə azdıqdan sonra zəng edib ailələrinə bu barədə məlumat veriblər. Ailələri də Ermənistan rəhbərliyini məlumatlandırıb. İrəvanın xahişi ilə bölgədəki rus “sülhməramlı”ları işə qarışıb. Bütün cinayətlərinə baxmayaraq, Azərbaycan tərəfi onların evakuasiyası üçün kifayət qədər şərait yaradıb. Rus “sülhməramlı”ları səsgücləndiricilər vasitəsilə terrorçulara bulunduqları yerdən ayrılmaları və Ermənistana geri qayıtmaları üçün dəfələrlə müraciət ediblər. “Qəhrəmanlar” isə bütün bu çağırışlara məhəl qoymayıblar. Sonunda çığırıb-bağırmaqdan səs telləri zədələnən rus “sülhməramlı”ları terrorçular barədə istənilən tədbirləri görmək seçənəyini Azərbaycanın öhdəsinə buraxıblar. Məhz bundan sonra DTX “qaramaskalı”larının daha da gücləndirilən uğurlu antı-terror əməliyyatı nəticəsində erməni “azmışları” kütləvi şəkildə təslim olublar. Onların sayının 160 nəfər olduğu bildirilir.



Erməni azğınlarının anti-terror əməliyyatından əvvəl Azərbaycan əsgərlərinə ən azı iki dəfə hücum etdikləri barədə məlumatlar var. Bu hücumlar nəticəsində 4 əsgərimiz şəhid olmuş, bir neçə nəfər yaralanmışdı. Sözsüz ki, “qaramaskalı”lar bu qanı da yerdə qoymamışlar. İlkin məlumatlara görə, həyata keçirilən anti-terror əməliyyatı nəticəsində ən azı 10 erməni terrorçusu məhv edilmiş, digərləri isə “qaramaskalı”larla “eşşək zarafatı”nın ağır nəticələnəcəyini anlayıb ağ bayraq qaldırmışlar.

Həyasızlığa baxın ki, erməni terrorçularının zərərsizləşdirilməsi və əsir götürülməsi İrəvanda ciddi narazılıqlara yol açıb. Ermənilər rus “sülhməramlı”larının terrorçuları niyə axıra qədər müdafiə etməməkdə günahlandırırlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.