İran - dostdur yoxsa düşmən?

17-12-2020, 07:21           
İran - dostdur yoxsa düşmən?
III yazı...
Tehrandakı məşhur Beynəlxalq Siyasi-Strateji Araşdırmalar İnstitutunun eksperti, bir müddət diplomat kimi Yerevanda çalışan (İranın Ermənistandakı səfirliyində siyasi məsləhətçi kimi çalışıb) Məhəmməd Rza Maliki “Azad” İslam Universitetində hələ 2000-ci il, iyulun 5-də etdiyi çıxışında deyirdi: “....1992-ci ildən Azərbaycanla diplomatik əlaqələr quran İran hazırda Bakının bəzi düşünülməmiş hərəkətləri və hətta Azərbaycanda meydan sulayıb Tehrana qarşı ərazi iddiaları irəli sürən çoxsaylı siyasi-ictimai təşkilatlarla qarşılaşmalı olub. İş o yerə çatıb ki, İranın Gilan, Ərdəbil, Qərbi və Şərqi Azərbaycanın bir hissəsini zor gücü ilə Azərbaycana qatılması çağırışları, belə eşidilir. Belə olan təqdirdə İran nə etməlidir? Sadəcə durub baş verənləri müşahidə etyməli və laqeydlik göstərməlidir? Xeyr...”
İranın “İslam inkişaf proqramında” (xüsusi xidmət orqanlarının iş planlarında) nəzərdə tutulan “Müstəqil Azərbaycan” formulu (2000-2005) isə belə idi:
1.Ölkənin xüsusi xidmət orqanlarının işçiləri arasında “Müstəqil Azərbaycan” məfhumunu qəbul etməmək prinsipi Azərbaycanı İranın “əsir düşmüş parçası” kimi tanımaq, dərk etmək, özününkiləşdirmək:
a) Xüsusi dərs proqramlarının tətbiqi (Daxili Cümə namazlarından tutmuş, adi ibadətə qədər. Tehran, Təbriz, Urmiyyə, Məşhəd, Qum, Şiraz, İsfahan, Astara, Biləsuvar, Culfa)
b) Xüsusi Xidmət orqanlarının Analitik Mərkəzləşdirilmiş İnformasiya İdarəsinin (İslam İnqilabının məxfi analitik Məlumat Mərkəzi də daxil olmaqla) kitabxanaları, video və kompyuter materialları.
İslam Təbliğat Mərkəzinin həftəlik yekun məlumatları.
v) “Ettalat”ın nahiyə və şəhər məntəqələrində, təhsil müəssisələrində, qeyri-leqal düşərgələrində, təlim-məşq zonalarında Azərbaycanla bağlı xüsusi dərs miqdarının artırılması, gücləndirilməsi. (altı saat həftəsi)
Bu dərs proqramlarında əsasən Xameneyinin ölkənin təhlükəsizlik məsələlərinin kompleks şəkildə öyrənilməsi, sərhəddən kənar Amerikanın, İsrailin mərkəzlərinə qarşı amansız və “islam qanunları” bəhanəsi ilə barışmazlıq prinsipi.
q) Xaricdə, xüsusən də Azərbaycanda tikilmiş məscid və dini mərkəzlərin gücünü bir nöqtədə birləşdirmək, lazım gəldikdə o gücdən vahid güc kimi hədəfi vurmaq (İslam partiyalarından və dini azlıqlardan istifadə etmək). Səfirlikdəki emissarlarla iş quran əməkdaşların və xüsusi xidmət orqanlarının işçilərinin sayını artırmaq.
2. Strateji obyektlərin xəritəsini tanımaq. Ölkənin iqtisadi gücünü sarsıtmaq məqsədilə taktiki planlara hazır olmaq.
a) Strateji obyektlərdə lazım gələrsə təxribat planlarının icrası , işlərin icrası (Neft Akademiyasında baş verən terror hadisəsini xatırlamaq lazımdır)
b) Neft emalı zavodlarında, kimyəvi və bioloji mərkəzlərdə, elmi laboratoriyalarda, hərbi texnikanın təmiri sexlərində əlaqələndirici qrupların hazırlanması.
v) Məscid və dini mərkəzlərdə, qaçqın düşərgələrində İranın taktiki və strateji planlarını, gücünü, iqtisadi qüdrətini, siyasi mövqeyini təbliğ etmək.
3. Orduda ideoloji sarsıntılar yaratmaq. Psixoloji durumlara təsir edən preparatların azərbaycan ordusunda sınaqdan çıxarılması
a) Xəstəlik viruslarının yayılması,
b) Sünni-şiə prinsipi,
v) Ərazi məscidlərində bu fikri təbliğ etmək. əlavə ədəbiyyatın və vərəqələrin çapı, yayılması məqsədilə səyyar mətbəələr təşkil etmək.
q) Orduda yüksək rütbəli şəxslərlə iş qurmaq. Mövcud planları, vəzifələri öyrənmək. Bu istiqamətdə strateji və taktiki planları operativ surətdə dəyişmək.
d) Şirkətlərin yolu ilə (alqı-satqı mərkəzlərində) əvvəlcədən məlum olan ərzaq və digər malların ordu (işçiləri) hissələri üçün alınmasını təşkil etmək. Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların, alqı-satqı müqavilələrinin bağlanmasına nail olmaq.
4. ......
(ardı var...)
Cəmil Məmmədli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.