Mikayıl Cabbadov: "Pandemiya şəraitində 80 min yen iş yeri yaradılıb" və sözardı.....
18-12-2020, 06:39

İqtisadiyyat Naziri Mikayıl Cabbarov "Azərbaycanda Xarici Biznes 2020" hesabatının rəsmi təqdimatında deyib ki, martın əvvəlindən indiyədək pandemiya dövründə Azərbaycanda təxminən 80 min yeni iş yeri açılıb.
Teref.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu yazır. Daha sonra Qubad ibadoğlu yazır:
Bu fikri açıqlayan nazir yəqin ki, çox yaxşı bilir ki, açılan iş yerlərinin bir hissəsi SMS icazənin "nəticəsi"dir. Belə ki, Nazirlər Kabineti Azərbaycan ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısını təsdiq edəndən sonra bir çox müəssisələr "iş yerləri" yaratmaqla məşğuldurlar. Bu iş yerlərinin bir çox əvvəllər də mövcud olub, sadəcə passiv xarakter daşıyıb, icazə ilə əlaqədar olaraq aktivləşdirilib. Odur ki, yaxşı olar ki, İqtisadiyyat Nazirliyi yeni yaradılmış "iş yerləri"nin xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələri və zəruri olmayan fəaliyyət sahələri üzrə qruplaşdırsın onda hər məlum olacaq ki, yeni yaranmış "iş yerləri" nəyin hesabınadır. Onu da qeyd edim ki, bu ilin aprel ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidmətində qeydiyyata duran işsizlərin sayı açıqlanmır. Odur ki, bu fakti "nailiyyət" kimi təqdim etməklə yanaşı bağlanan iş yerlərinə dair məlumatlar da açıqlanmalıdır ki, mənzərə tam aydın olsun.
Bununla yanaşı, görünür ki, ictimai əsaslı fəaliyyətlərə və özünüməşğulluq proqramına cəlb edilənlər də ailəliklə yeni yaradılmış "iş yerlərinin" siyahısına daxil edilib.
Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi inzibati vasitələrlə muzdlu işçilərin işdən çıxarılmasına maneçilik törədir. Eyni zamanda VÖEN-i bağlamaq da uzun və çətin bir prosesə dönüb.
Nəhayət, bir çox müəssisələrdə də işdən çıxmalı olan işçilər "məcburi məzuniyyətə" göndərilməklə onların işdən azad edilməsi prosesi ləngidilir.
Siz necə fikirləşirsiniz, pandemiya dövründə yeni yaradılan "iş yerləri" çox olar, yoxsa ixtisara düşən, bağlanan iş yerləri?
Qubad İbadoğlu
Teref.az