Putinin Qarabağla bağlı dediklərinin "tərcüməsi": 1) Ermənistanın Qarabağı tanımadığına görə, sanki təssüf edir, məhz onlar tanımadığa görə Dağlıq Qarabağ Azərbaycan ərazisi sayılır, 2) Türkiyənin iştirakından məmnun olmasa da, barışıb, 3) Rus əsgərinin uzun müddət orada qalmasını istəyir, 4) İmzalanmış sənədi təhrif, ya da öz bildiyi kimi şərh edir və deyir ki, erməni silahlı gücləri 10 noyabr tarixində olduğu yerdə qala bilər, 5) Yenə status məsələsini qaldırdı və belə məlum olur ki, Kreml status məsələsini daim gündəlikdə saxlayaraq torpaqlarımızdakı mövcudiyyəti bacaqdıqca uzatmaq istəyəcək. Amma status məsələsini tez həll etməyə də çalışmayacaq - yəni, məsələ nə qədər uzansa, bir o qədər Rusiyaya sərf edir. Noyabr aylnın 10 da yazmışdım, eyni fikirdəyəm: Müharibəni Azərbaycan uddu, Ermənistan acınacaqlı məğlub oldu, amma bölgəmizdə qələbəni son 200 ildə olduğu kimi, yenə Rusiya qazandı, müvəqqəti, amma qazandı... Natiq Cəfərli Teref.az