Solovyovun Qarabağ yalanı 5-ci yeri tutdu - VİDEO

7-01-2021, 02:55           
Solovyovun Qarabağ yalanı 5-ci yeri tutdu - VİDEO
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən, Rusiyanın Avropa Birliyinə, onun üzvlərinə və qonşularına qarşı dezinformasiyalarını aşkara çıxarmaq üçün yaradılan EuvsDisinfo informasiya projesi yanvarın 4-də 2020-ci ilin ən şübhəli feyk xəbərlərinin reytinq cədvəlini açıqlayıb.

Birinci sırada müxalifətçi Aleksey Navalnının zəhərlənməsi ətrafında rəsmi Kremlin yaydığı yalan xəbərlər gəlir. İkinci yerdə Avropada COVİD-19 vaksini hazırlanmasına atılan böhtanlardır. Rus KİV-ləri yalnız AstraZeneca vaksin firması rusların Qamaleya İnstitutuyla əməkdaşlığa başlayandan sonra bu feyk xəbərləri dayandırıblar.

Üçüncü və dördüncü xəbərlər Belarusda prezident seçkilərinə aid olub. Həmin dezinformasiyalarda ruslar Lukaşenkonun həqiqətən prezident seçkisində qalib gəldiyinə dünyanı inandırmağa çalışıblar.

5-ci yeri tutan yalan xəbər isə Azərbaycanın məşhur “dostu”, öz çığırqan və feyk süjetləriylə tanınan Vladimir Solovyovun məhsuludur. Keçən ilin oktyabrında Solovyov özünün “Youtube” platformasındakı kanalında guya Qarabağda qanlı döyüşlərin videosunu göstərmişdi, lakin bunun 7 il qabaq satışa buraxılan “Arma3” kompüter oyununa aid olduğu dərhal üzə çıxmış, Solovyov biabır olmuşdu. Çox maraqlıdır ki, indi Avropa Komissiyasının maliyyələşdirdiyi bir anti-dezo projesi Azərbaycana qarşı olan dezonu da Rusiyanın AB-yə yönəlik təhlükələri sırasında verib.

Ümumilikdə Rusiyanın AB-yə qarşı 10-a yaxın dezosu ifşa olunaraq reytinqə salınıb.

Reytinq siyahısı və Solovyovun dezolarıyla aşağıdakı linklərdə tanış olmaq mümkündür.


Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.