Düşmənin iflasa uğramış “Azərbaycanla müharibədə məğlub olmamaq, özü qələbədir” strayegiyası...
9-01-2021, 08:01

Hərbi əməliyatların təhlilinə keçməzdən əvvəl, müharibə ərəfəsində düşmənin strategiyasını və niyətlərini qiymətləndirməliyik.
"Müharibə ya ətraf rayonların qaytarılması" dilemması qarşısında müharibə, Paşinyanın düşünülmüş seçimi olmuşdu. Müharibədən sonra o, etiraf edir ki, “müharibədən boyun qaçırmağın yeganə yolu rayonları qaytarmaq idi. Ancaq madam, əraziləri qaytarmağa razı deyiliksə, müharibə olacaq. Olsun”.
Həmin kontekstdə S.Sarqsyan, 2018 ildə ətraf rayonları Azərbaycana qaytarmağa hazırlaşdığını söyləyir.
Koçaryan isə Paşinyana gecikmiş məsləhət verir, “Paşinyan, müharibə başlayan kimi, onu dayandırmalı idi”.
Bu yanaşmalar bəsit və fərqli görünə bilər. Ancaq bunlar işğalçının eyni müharibə strategiyasının bir birini tamamlayan tezisləridir. Hərbi strategiyanın baş tutması üçün o gərək ən sadə və bəsit hesabın üstündə qurulsun. və o, sadəliyin arxasında gizlənir.
Erməni hərbi-siyasi strategiyası, “Azərbaycanla müharibədə məğlub olmamaq, özü qələbədir”, postulatı üzərində qurulmuşdu. Azərbaycan müharibəni başlayacağı təqdirdə, Ermənistan, o cümlədən, “5+2” kimi şərtlrərlə razılaşıb, müharibəni siyasi-diplomatik yollarla dərhal dayandırıb və sülhməramlıların regionda yerləşdirilməsi ilə yeni hücumundan sığortalanıb, Dağlıq Qarabağı, Laçını, Kəlbəcəri özünə saxlamalı idi. Beləliklə, ermənilər işğal etdikləri bir neçə rayonu qaytarmaqla, 1918, 1988-ci ildə başladıqları növbəti davanın məqsədinə çatacaqdılar, Qarabağın Ermənistana ilhaqını zamanla de-yure reallaşacaqdı.
Lakin Paşinyana bu strategiyanı həyata keçirilməsinə- müharibəni, başlanan kimi dayandırmağa- Ermənistanın faşist dövlət ideologiyası əngəl oldu, faşist ideologiyası ilə bəslənmiş erməni cəmiyəti buna imkan vermədi.
Paşinyan və bütün erməni siyasi qüvvələr bu ideologiyanın girovudur və onun tələsinə düşdülər.
Afrikada meymunları belə tuturlar. Boranını boşaldıb, içinə düyü doldururlar, əlin düz girdiyi boyda dəlik açırlar və qoyub, gözləyirlər. Meymun gəlib əlini salır, düyünü götürür, bu an adamlar cumurlar. Onun isə tamahı qoymur(ağlı kəsmir) ovucunu açıb, əlini çıxardıb qaçsın. Elə ağır boranı əlində qaçır və tutulur.
Lakin hipotetik baxsaq, sentyabrın 27-i hakimiyətdə Paşinyan yox, Sarqsyan ya “Arsax qələbəsinin” başqa “müəllifi” olsa idi, o, "əlini açıb, boranıdan qurtulardı". Ətraf rayonların bəzilərini qaytarıb, prosesi dinc müstəviyə keçirilməsinin zəruriliyini və doğruluğunu Sarsyan parlamentdə əsaslandıra bilərdi və biz fərqli reallıqla üzləşərdik.
Bunlar müəllifin təkcə post-faktum qiymətləndirmələri deyil. Dostlar və daimi oxucular xatılayırlar, 2016-cı il aprel məğlubiyətinin Ermənistanda “qarabağ klanın” gözdən düşməsini və sonda hakimiyət dəyişikliyinə gətirəcəyini hadisələr baş verən zaman proqnozlaşdırırdım.
Azərbaycanın müharibə strategiyasına bütöv baxsaq, 2016 aprel hərbi-siyasi əməliyatı, judoda, “rəqibə qarşı əsas fəndi işlətməmişdən, onun müvazinatını pozmaq” rolunu oynamışdı.
O zaman da deyirdim, Aprel Şəhidləri təkcə alınan torpaqlar uğrunda ölməyiblər. "4 günlük müharibə" düşmənə tam bir genişmiqyaslı müharibənin vura biləcəyi hərbi-siyasi zərbəni vurdu və xeyrimizə olacaq nəticələr yaratdı.
2016 apreldə Azərbaycan düşmənə və dünyaya torpaqların itirilməsiylə barışmayacağını və bu yolda qətiyətini nümayiş etdirdi. “A” hərifi deyilmişdi, “B” hərifi deyilməlydi.
2018-ci ilin əvvəlində, Ermənistanda parlament seçkilərindən və hökümət əsasən formalaşandan sonra iyun ayında Qarabağda müharibə başlaya biləcəyini, münaqişənin öz inkişaf məntiqi ilə əsaslandırırdım. O zaman “Stratfor” və fevralda Rusiyanın bir analitik mərkəzi 2018 yayda Azərbaycanın genişmiqyaslı müharibə başlayacağını proqnozlaşdırırdı. Rusiya mərkəzi, “Cənub Qafqaz: Fırtına gözləntisində” geniş analitik əsərində müharibənin başlayacağını əsaslandırır və Rusiyanın bu şəraitdə əsas məqsədinin regionda müharibəyə yol verməmək üçün tərəflər arasında hərbi balansı qorumaq tövsiyə olunurdu. Həmçinin, Azərbaycanı hərbi yola əl atmaqdan çəkindirmək niyəti ilə kitabda bir neçə müharibə ssenarilərinə baxılırdı və bunlarda, məsələnin Azərbaycana uyğun siyasi həlli üçün tələb olunan hərbi qələbəyə cüzi şanslar verilirdi. Onların hesabı ermənilərin gizlətdiyi strategiya ilə çox yaxın idi- Azərbaycan bir neçə aran ətraf rayonları qaytaracaq, taktiki uğurlar qazanacaq, lakin çox gedə bilməyəcək, ermənilərin hazırladığı “kotyol”lara düşəcək, çoxsaylı canlı qüvvə itkilərinə məruz qalıb, artan daxili narazılığa və hərbi əməliyatların perspektivsizliyə görə və beynəlxalq təzyiq altında müharibəni dayandıracaq və Ermənistan müharibədən strateji qalib çıxacaq.
Düşmənin və havadarlarının hesabı bütövlükdə, mahiyətcə bu idi.
P.S. Ayrıca qeyd etməliyəm, hər kəsin arzularına və istəklərinə hörmətlə yanaşıram, ancaq müharibə tərəflərinin nail olduqları nəticələr, xəyal etdiyimizə yox, qarşı tərəflərin öz məqsədlərinə nail olmasına nisbətən qiymətləndirilir. Bunu müəyyən edəcəyik.
Nazim bayram
Hərbi ekspert