Kamran Əliyev:“Ermənistana qarşı məhkəmə proseslərinə başlayacağıq”

11-01-2021, 07:34           
Kamran Əliyev:“Ermənistana qarşı məhkəmə proseslərinə başlayacağıq”
“Hesab edirəm ki, prokurorluq orqanlarının əməkdaşları həm Ermənistan silahlı birləşmələri, həm də erməni muzdluları tərəfindən törədilən bütün cinayətlərə dair ilkin sübutları keyfiyyətli, beynəlxalq standartlara uyğun olaraq topladılar”.

Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev “Real” televiziyasına müsahibəsində deyib.

O, qeyd edib ki, prokurorluq orqanlarının bu sahdədə istiqaməti və fəaliyyəti davam edir:

“Çalışacağıq ki, erməni hərbi birləşmələri tərəfindən törədilən cinayətlərin bütün əldə olunan sübutları beynəlxalq müstəviyə qaldırılsın. Biz beynəlxalq məhkəmələrdə öz kəsişmələrimizi Ermənistan dövlətinə, Ermənistanın vəzifəli şəxslərinə, bu ölkənin konkret dövlət qurumlarına qarşı məhkəmə proseslərinə başlayacağıq. Ümid edirəm ki, bizim orada uğurlar əldə etməyimiz üçün kifayət qədər sübutlarımız da mövcuddur”/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru