"Əsas məsələ regionda kommunikasiyaların açılması oldu və hər bir tərəfin..."- Politoloq
12-01-2021, 13:00

Moskva görüşü haqqında. Əsas məsələ regionda kommunikasiyaların açılması oldu və hər bir tərəfin bu məsələdə öz maraqları var:
1) Rusiya uzun illərdir ki, Ermənistana quru yolu ilə bağlı problem yaşayır və bu məsələdə Gürcüstandan tam asılı vəziyyətdədir. Öz hərbi bazalaranın təhcizatı üçün hava yolu çox bahalıdır, sərfəli də deyil, çünki yük həcmi böyükdür, hava yolu ilə daşımaq olmur. İndi Azərbaycan üzərindən Ermənistana dəmir yolu ilə istədiyi yükü göndərib qəbul edə biləcək,
Teref.az xəbər verir ki,bunu politoloq Natiq Cəfərli yazır. Daha sonra Natiq Cəfərli yazır:
2) Azərbaycanın marağı odur ki, həm Naxçıvanla əlaqələr bərpa olunacaq, deməli bu məsələdə İrandan asılılıq azalacaq, həm də Türkiyə - Orta Asiya iqtisadi yolunun əsas logistik mərkəzi Azərbaycan olacaq. Bura Avropa, və ya Britaniyanın Türkiyə üzərindən Orta Asiya yolunu da əlavə etsək, mənzərə tam olur. İran da dünyaya açılacaq, bu mənada Azərbaycan İrana yatırım və İrana/İrandan yükdaşımalarının qapısı rolunu oynaya biləcək. Siyasi anlamda isə Türk Cümhuriyyətlərinin bağı yaranır,
3) Ermənistanın marağı iqtisadi və logistik blokadadan çıxmaq, Türkiyə ilə də sərhədləri açmaqdır. Ermənistanın da dünyaya açılmağın yolu Türkiyədir, Türkiyə ilə yaxınlaşmanın yolu isə Azərbaycandan keçir - başqa alternativ yoxdur.
Təhlükələr haqqında: Naxçıvan (Mehri) dəhlizinə tam Rusiya nəzarət edəcək, bu müəyyən diskonfort yaradır, amma bunun neytrallaşdlrma yolu da var: Rusiya - Ermənistan dəhlizini də biz nəzarət edəcəyik, bizim üzərimizdən keçəcək. Əgər Kreml o dəhlizin normal işləməsinə mane olacaqlarsa, əvəzində Rusiya-Ermənistanın dəhlizində manelər görəcək.
Sülh haqqında. Dəfələrlə yazmışam, bir daha deyim: Biz hər fürsətdə sülhdən danışmalı, sülh quruculuğuna vurğu etməliyik - çünki, hərbi qələbə və üstünlük bizim tərəfdədir. İqtisadi, coğrafi, demoqrafik üstünlük də bizdədir - bunlardan ağılla istifadə etsək, normal, işlək sistem, hüqiqi dövlət qura bilsək tarixi üstünlük də bizdə olacaq...
Teref.az