Vüqar Səfərli Əli Həsənova nə qədər ödəyirmiş? – Rəsmi

15-01-2021, 05:28           
Vüqar Səfərli Əli Həsənova nə qədər ödəyirmiş? – Rəsmi
Bu gün KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlinin həbsi ilə bağlı Baş Prokurorluğun yaydığı məlumatda maraqlı bir məqam da diqqət çəkib.

Axar.az xəbər verir ki, Baş Prokurorluq Vüqar Səfərlinin "yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlamaqla, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurduğunu" üzə çıxarıb.

Məlumat üçün bildirək ki, göstərilən ünvandakı müəssisə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənova məxsusdur.

Beləliklə anlaşılır ki, V.Səfərli "qeyrilər"dən biri olan Ə.Həsənova yalnız icarə üçün 8 il ərzində 812 min manat ödəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru