“O konsepsiya işləsəydi, media bu vəziyyətə düşməzdi, Vüqar Səfərli də həbs edilməzdi…”

15-01-2021, 19:28           
“O konsepsiya işləsəydi, media bu vəziyyətə düşməzdi, Vüqar Səfərli də həbs edilməzdi…”
“İndiyə qədər o konsepsiya işləməyib, işləsəydi, bizim media bu vəziyyətə düşməzdi axı. Onda Vüqar Səfərli də həbs edilməzdi, yeni qurum da yaradılmazdı”

Teref.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib:

“Açığını deyim ki, Medianın İnkişafı Agentliyindən bundan sonra o qədər də müsbət gözləntilərim yoxdur. Çünki yeni agentlik haqqında qəbul olunan bəyannamə onu göstərir ki, bu qarışıq bir qurumdur və buna super səlahiyyətlər verirlər. Bununla yanaşı, onlara icra, kommersiya və hətta Mətbuat Şurasının da səlahiyyətlərini verirlər. Gələcəkdə mətbuat haqqında qanun qəbul etmək istəyirlər. Həmin o qanun isə mediaya qarşı dövlət münasibətlərini daha da sərtləşdirəcək. KİVDF yarananda deyilirdi ki, müstəqil, kefiyyətli medianın yaranması istiqamətində addımlar atılacaq. İndi isə qeyd edirlər ki, medianın texnoloji səviyyəsini artırmaq istiqamətində müasir texnologiyalardan istifadə ediləcək. Bu gün medianın problemi ancaq texnolgiyadır? Medianın problemlərindən biri azad olmamağı və iqtisadi dayaqlarının çox zəif olmasıdır. İlk öncə bunları həll etmək lazımdır. Bir də orda qeyd olunur ki, 2008-ci ildə qəbul olunan Kütləvi İnformasiya Vasitələrinin inkişafı konsepsiyası əsasında iş gedir. Xatırladım ki, o konsepsiyanın üstündən 12 il keçib, bu artıq köhnəlib. İndiyə qədər o konsepsiya işləməyib, işləsəydi, bizim media bu vəziyyətə düşməzdi axı. Onda Vüqar Səfərli də həbs edilməzdi, yeni qurum da yaradılmazdı. Bütün bunlar onu göstərir ki, problemlər var. Ona görə yeni konsepsiya qəbul edilib bunun icrası üçün yeni bir qurum təyin olunmalı idi. V.Səfərlinin 6 milyon manat oğurladığı bildirilir. Bu fonda cəmi 3 milyon manat pul ayrılırdı. Axı qeyri-leqal yolla ondan daha çox vəsaitlər məmurlar tərəfindən ona verilib. Bəs bu korrupsiya deyil?”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.