Mövlüd Çavuşoğlu daima Azərbaycan üçün vacib açıqlamalar səsləndirir,Ceyhun Bayramov isə türkiyəli həmkarının sürəti ilə ayaqlaşa bilmir

15-01-2021, 19:38           
Mövlüd Çavuşoğlu daima Azərbaycan üçün vacib açıqlamalar səsləndirir,Ceyhun Bayramov isə türkiyəli həmkarının sürəti ilə ayaqlaşa bilmir
Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Dağlıq Qarabağla bağlı az qala hər gün Azərbaycan üçün vacib açıqlama səsləndirir. Bu dəfə də haqlı olaraq deyib ki, birincisi, Qarabağdakı sülhməramlı qüvvələrin statusuna dair anlaşma imzalanmalıdır və bu isqiqamətdə Moskva ilə danışıqlar aparılır, ikincisi rusiyalı sülhməramlıların Laçın dəhlizindən kimn gəlib-getdiyini bölgənin sahibi Azərbaycanla razılaşdırmalıdır.
Teref.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğu deyir.
Daha sonra Elxan şahinoğlu deyir, Çavuşoğlu Moskvaya mesajını açıq deyib: “Siz, sülhməramlı olaraq varsınız, ancaq kimlərin gedib gələcəyi məsələsində qərar verməyin məsuliyyəti sizdə deyil”.
Əslində bunları ilk əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov səsləndirməlidir. Mövlüd Çavuşoğlu daima Azərbaycan üçün vacib açıqlamalar səsləndirir ki, ardınca azərbaycanlı həmkarının təsdiqi gəlsin. Ceyhun Bayramov isə türkiyəli həmkarının sürəti ilə ayaqlaşa bilmir.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru